Qərəzli Strasburq məhkəməsi öz ampluasında...
17.03.2022 [10:04]
AİHM-in siyasiləşmiş qərarları, Azərbaycandakı gülənçilər və radikal müxalifət
Taleh AĞAVERDİYEV
Uzun illər əvvəl, bu məqalənin müəllifi hələ hüquq fakültəsində birinci kursda oxuyarkən onun yaddaşında bu ixtisasın fundamental fənlərindən biri olan “Dövlət və hüquq nəzəriyyəsi” müəlliminin sözləri həkk olunub. Müəllim öz mövzusu üzrə giriş mühazirəsinə bu sözlərlə başladı: “Başlamazdan əvvəl bir şeyi xatırlamağınızı istəyirəm: dünyada mütləq qanun qüvvəsi yoxdur, çox vaxt güclünün qanunu var”. O zaman bu ifadə gənc və sadəlövh maksimalistləri, yəni bu dünyada ədalətsizliyin kökünü kəsmək niyyətində olan biz tələbələri həyəcanlandırdı, hətta müəyyən dərəcədə hiddətləndirdi.
Amma necə deyərlər, gənclik maksimalizmi müalicə olunmur, lakin zamanla keçib gedir. Yaşlandıqca, bəşər tarixini və bizim dövrümüzdə dünyada baş verən hadisələri daha mənalı şəkildə öyrəndikcə, müəllimin sözlərinin doğruluğunu özüm üçün təəssüflə etiraf etməli oldum. Üstəlik, nəzərə alsaq ki, biz beynəlxalq hüquqda “ikili standartlar”dan ən çox zərər çəkən ölkənin vətəndaşlarıyıq. Beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın mülki əhalisi etnik təmizləməyə məruz qalmış, erməni qəsbkarları tərəfindən öz yurd-yuvasından didərgin salınmış, amansız soyqırımı törədilmiş, ölkəmizin ərazisinin 20 faizi isə işğal edilmişdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin və bir sıra digər beynəlxalq hüquqi aktların qəbul edilməsinə, ermənilərin bəşəriyyətə və insanlığa qarşı törətdikləri dəhşətli cinayətlərə dair külli miqdarda sübutların olmasına, şahidlərin çoxsaylı ifadələrinə baxmayaraq, işğalçı ədalət məhkəməsi qarşısında cavab verməsi üçün çağırılmadı, beynəlxalq instansiyalara edilən bütün müraciətlərə məhəl qoyulmadı. Əksinə, müəyyən siyasi dairələrin və güc mərkəzlərinin maraqları naminə zərərçəkən tərəflə, yəni Azərbaycanla bağlı bir sıra ədalətsiz qərarlar qəbul edilib...
Beynəlxalq hüquq normalarından öz mülahizəsinə uyğun istifadə etmənin digər belə yolverilməz faktı Avropa İnsan Haqları Məhkəməsinin “Şentürk və başqaları Azərbaycana qarşı” işi üzrə martın 10-da qəbul etdiyi qərardır. İş ərizəçilərin həbsi və Azərbaycandan Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı idi. Onların dördü də Azərbaycanda özəl məktəblərdə müəllim işləyib və Ankaranın hərbi çevrilişə cəhddə ittiham etdiyi Fətullah Gülənin hərəkatına üzv olmaqda ittiham edilərək həbs edilib. Türkiyə vətəndaşı olan iddiaçılar Taci Şentürk, İsa Özdemir, Ayhan Seferoğlu və Ərdoğan Taylan 1992-1995-ci illərdə Azərbaycana gəliblər. 2017-ci ildə Türkiyə tərəfi bu şəxsləri həbs etməyi və ekstradisiya olunmalarını xahiş edib. Azərbaycan da qanuna uyğun olaraq bunu təmin edib. Hazırda onlar Türkiyədə həbsdədirlər.
Avropa Məhkəməsinin qərarına görə isə, sözügedən ekstradisiya Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) maddələri pozub. Məhkəmə iddiaçıların hər birinə 9 min avro təzminat ödənilməsi barədə hökm çıxarıb.
Azərbaycan Cinayət Məcəlləsinin 13.2 maddəsində deyilir: “Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər”. Bundan əlavə, Azərbaycan və Türkiyə arasında ekstradisiya ilə bağlı müvafiq razılaşma var. Eyni zamanda, həm Azərbaycanın milli qanunvericiliyi, həm də bu saziş Ekstradisiya haqqında Avropa Konvensiyasına tam uyğundur. Bu halda ekstradisiyadan imtina etmək üçün bir əsas olmayıb və ölkəmiz Türkiyə tərəfinin sorğusuna cavab olaraq onları milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına tam uyğun olaraq həbs edərək ekstradisiya edib. Beləliklə, AİHM-in qərarı tamamilə qərəzli və əsassızdır.
Azərbaycan ilk dəfə deyil ki, AİHM-in ikili standartlarının təzahürü ilə qarşılaşır. Məsələn, Azərbaycan hakimiyyətinin guya bloger Aleksandr Lapşini öldürməyə cəhd etməsi ilə bağlı qərar qəbul ediləndə (Avropa Məhkəməsi uydurulmuş və sübuta yetirilməmiş ittihamı əsas götürərək, eyni zamanda “zərərçəkmiş”in “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” və “Pasportlar haqqında” qanunlarını pozmasına göz yummağa qərar verib), yaxud Dilqəm Əsgərov və Şahbaz Quliyevin işində olduğu kimi.
Avropa Məhkəməsi artıq çoxdandır ki, hüquqi strukturunu müəyyən güc mərkəzlərinin siyasi maraqlarını həyata keçirən alətə çevrilib. AİHM-in son qərarının siyasi motivi də göz qabağındadır. Fəthullah Gülən hərəkatı müstəqil siyasət yürüdən və başqasının sözü ilə oturub-durmayan Türkiyə hakimiyyətini sadiq marionetlərlə əvəz etmək məqsədi daşıyan Qərb layihəsidir. 2016-cı ildəki uğursuz dövlət çevrilişi cəhdindən sonra Qərb qüvvələri yenə də hər fürsətdə Türkiyə hökumətini gözdən salmaq üçün bu kartı oynamaq cəhdindən əl çəkmir.
Xatırladaq ki, Türkiyədə uğursuz dövlət çevrilişi cəhdindən sonra məlum oldu ki, uzun illərdir müstəqil siyasəti ilə Qərbin müəyyən dairələrinə rahatlıq verməyən Azərbaycanda da gülənçilər çevriliş hazırlayırmış. Gülənin yerli tərəfdarları şəriət dövləti yaratmaq üçün konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə bağlı açıq çağırışlara yol veriblər və bununla bağlı Azərbaycanın Baş Prokurorluğu onlara qarşı cinayət işi açıb. Eyni zamanda, onların Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin rəhbərlik etdiyi və Qərbin sponsorluq etdiyi radikal müxalifətlə sıx əməkdaşlıq etdiklərini deməyə bütün əsaslar var. Maraqlıdır ki, məhz AXC dövründə Azərbaycanda gülənçiliyin təbliğat qurumları yaranıb. 4 sentyabr 1992-ci ildə paytaxtımızda ilk Bakı Özəl Türk Liseyinin açılması ilə bağlı birbaşa Gülənin təşkilatı - “Çağ Öyretim İşletmeleri Şirketi” ilə saziş imzalandı. Əli Kərimli həmin vaxt Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. 1993-cü il mayın 1-də Gülənçi təbliğatın daha bir yuvasının - Qafqaz Universitetinin açılması haqqında qərar qəbul edildi. Bir neçə gündən sonra isə Bakıda Gülənin daha bir təhsil müəssisəsi - Araz təhsil kursları yaradılır.
AİHM-in bu qərarının Avropa Parlamentinin “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi haqqında” qərəzli qətnaməsi ilə eyni gündə qəbul edilməsi və Azərbaycan Prezidentinin Türkiyəyə səfəri, İran nümayəndə heyətinin Azərbaycanda danışıqları, Ermənistan xarici işlər nazirinin Türkiyəyə tarixdə ilk səfəri və müharibədən sonrakı dövrdə sülhün qurulmasına və regionda iqtisadi əlaqələrin bərpasına yönəlmiş bir sıra digər proseslərlə üst-üstə düşməsi də diqqət çəkir. Bütün bunlar müəyyən fikirlər doğurur ki, Qərbdə kimlərsə regionda davamlı sülhün bərqərar olmasının, Azərbaycan və Türkiyənin rolunun gücləndirilməsinin əleyhinədir.
Krılovun məşhur “Qurd və Quzu” təmsilində deyildiyi kimi, “güclü həmişə gücsüzləri günahlandırır”. Lakin Qərbin Azərbaycana belə yanaşması kökündən yanlışdır. Azərbaycan hətta böyük dövlətlərin belə hesablaşmalı olduğu güclü siyasi oyunçudur. Son bir neçə həftə ərzində Avropa ölkələrinin paytaxtlarından Bakıya edilən çoxsaylı zənglər və səfərlər Azərbaycanın nəinki regionda, bütövlükdə beynəlxalq aləmdə nüfuzunun artdığını əyani şəkildə nümayiş etdirir. Ona görə də Azərbaycanın imicinə zərbə vurmağa yönəlmiş bütün bu kimi siyasi-hüquqi təxribatlar, böhtan xarakterli uydurmalar iflasa məhkumdur. Ədalət axtarışında “son ümid” yeri kimi nəzərdə tutulmuş hüquq institutlarının bu cür qərarları yalnız ona gətirib çıxaracaq ki, hüquqşünasların daha bir gənc nəsli qanunun gücünə və effektivliyinə inamını itirəcək...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58

