Azərbaycan İsraildə səfirlik açacaqmı?
12.04.2022 [09:53]
Məsələni fərqli fonda və tonda təqdim edənlər süni gündəm formalaşdırmağa çalışırlar
ÜMİD
İsrail Prezidenti İshaq Hersoqun Prezident İlham Əliyevə iki ölkə arasında münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar göndərdiyi məktubda çox mühüm məsələlər əksini tapıb. İfadə edilən fikirlər deməyə əsas yaradır ki, İsrail Azərbaycanla əlaqələrə xüsusi önəm verir, əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Məktubda əksini tapan önəmli məsələlərdən biri Azərbaycanın İsraildə səfirliyinin açılmasıdır. “İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Mən Azərbaycanın yeni səfirliyinin açılışında iştirak etmək üçün qarşıdakı ildə zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”, - deyə İshaq Hersoq qeyd edib. Göründüyü kimi, Azərbaycan ilə İsrail arasında təmasların sıxlaşdırılması strateji gündəliyin tərkib hissəsidir və yeni əməkdaşlıq istiqamətləri müəyyən olunur. Siyasi ekspertlər qeyd edirlər ki, yaxın zamanlarda ölkəmizin İsraildə ticarət və turizm nümayəndəliyinin açması əlaqələri intensivləşdirəcək, tərəflərin ticari və turizm potensialından qarşılıqlı-faydalı şəkildə istifadə etməyə imkan verəcək. Ardınca səfirliyin açılması Azərbaycan-İsrail münasibətlərində yeni mərhələnin əsasını qoyacaq.
Təəssüflər olsun ki, bu məsələ ilə əlaqədar spekulyasiya yaratmaq - süni gündəm formalaşdırmaq istəyənlər də var. Məsələn, İrandakı bəzi dairələr mövzunu fərqli fonda və tonda təqdim etməyə çalışırlar. İddia edirlər ki, bu addım guya İrana qarşı yönəlib və ya Bakı-Tehran münasibətlərinin ruhuna uyğun deyil. Təbii ki, bu, reallıqlara uyğun deyil, hətta siyasi sabotaj və təxribatla məşğul olanların ortaya atdığı cəfəng “fikir”dir. Ona görə ki:
- Azərbaycan beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti - fəal iştirakçısıdır. Ona görə də istənilən ölkə ilə ikitərəfli münasibətlər çərçivəsində - diplomatik zəmində əlaqələri inkişaf etdirmək hüququ var. Bakı öz strateji seçimlərində sərbəstdir;
- Azərbaycan ikitərəfli münasibətlərini məhz milli maraqlar və qarşılıqlı hörmət əsasında qurur, diplomatik əlaqələr - təmaslar hər hansı bir dövlətə - üçüncü tərəfə qarşı yönəlmir;
- Bakının xarici siyasət kursu toqquşma-qarşıdurma yaratmaq məntiqinə (məqsədinə) deyil, konstruktiv əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanır. Buna görə də fərqli və əks geosiyasi qütblərdə dayanan qüvvələr belə eyni anda etibarlı və perspektivli tərəfdaş kimi gördükləri Azərbaycanla işbirliyinə xüsusi önəm verirlər;
- Azərbaycan həm region dövlətləri, həm də bölgədənkənar ölkələrlə münasibətlərində söz ilə əməlin vəhdətini yaradan tərəfdaş imici qazanıb. Yəni Bakı hansısa addımı ilə hər hansı bir ölkəyə qarşı təhdid yaratmır, siyasi sabotajlarda, xaos ssenarilərində yer almır. Əksinə, Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, inkişafı əməkdaşlığın dərinləşməsində görür.
Beləliklə, bəzi dairələrin Bakı-Tel-Əviv geosiyasi xəttində dinamizmin artmasından narahatlıq keçirməsinə heç bir əsas və ehtiyac yoxdur. İndiki mürəkkəb şəraitdə əsassız iddialarla siyasi gündəm formalaşdırmaq cəhdi perspektivsizdir. Ona görə də məntiqli düşünmək, ağıllı davranmaq və münasibətlərin inkişafını təşviq etmək faydalı olar!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

