Mürtəce partiyaların layihə manipulyasiyası
17.09.2022 [10:18]
AXCP və “Müsavat” öz gücsüzlüyünü ört-basdır etmək niyyətindədir
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gündəmin əsas müzakirə predmetlərindəndir. Radikal müxalifət isə bu dəfə də öz ənənəsinə “sadiq qalaraq” hələ ictimai müzakirəyə çıxarılmamış, qəbul olunmamış layihəni hədəfə alır. Belə ki, AXCP və Müsavat partiyaları təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsini “mürtəce” adlandırıb. Axı, qanun layihəsinə edilən təkliflər məhz siyasi partiyaların təklifləridir.
Radikal müxalifətin bu mövqeyi ilə bağlı siyasi partiyaların rəhbərləri necə düşünür?
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə deyib ki, mürtəce həmin şəxslərin söyləmiş olduqları fikirlərdir. “Siyasi partiyalar haqqında” qanun layihəsinin dövrün və zamanın tələbinə uyğun hazırlandığını bildirən F.Ağamalı deyib ki, bu sənəd həqiqi, milli və dövlət maraqlarına xidmət edən partiyaların fəaliyyətinə geniş imkanlar açacaq: “Burada müxalifət və ya iqtidar məsələsi rol oynamır. Bütövlükdə siyasi partiyalardan söhbət gedir. Təbii ki, belə bir qanun layihəsi radikal mövqedə dayanan, avanturist xəttə malik, antimilli mahiyyət daşıyan AXCP və “Müsavat” kimi partiyaların maraqlarına uyğun deyil. Çünki onlar dağıdıcı mövqedə dayanırlar. Yeni qanun layihəsi isə dağıdıcı mövqedə dayanmağın yox, Azərbaycanın siyasi mühitində sivil, öz proqram və nizamnamələrinə uyğun fəaliyyət göstərəcək partiyalara geniş imkanlar açır. Bu mənada “Müsavat” və AXCP-nin belə bir mövqedən çıxış etməsi təəccüblü deyil. Onlar, hətta 2020-ci il Vətən müharibəsi dövründə belə siyasi partiyaların birlik, həmrəylik bəyannamələrinə imza atmadılar. Azərbaycan dövləti ilə, xalqla, silahlı qüvvələrlə bir yerdə olmadılar. Bunlar faktiki olaraq Azərbaycanda həm dayaqlarını, həm də Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq üçün bütün mənəvi haqlarını itiriblər”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, siyasi partiyalarla bağlı qanunda yetərincə yeni və faydalı müddəalar yer alır. Bu layihədən narazı olan isə cəmi bir-iki partiyadır: “Bu ilkin versiyadır, yəqin ki, müəyyən dəyişikliklər ediləcək və yekun variant daha təkmil olacaq. Amma indidən qanun layihəsini “mürtəce” adlandırmaq nə qədər doğrudur? Bu layihənin nəyi mürtəcedir? Kərimli ilə Hacılı həmin qanunun neçə maddəsini oxuyub görəsən? Dərd-sərləri ancaq seçkidə iştirakla bağlıdır. Daha dəqiqi, iştirak etməməklə bağlı. Seçkidə iştirak niyə belə qorxudur sizi? Seçkidə iştirak etməyəcəksənsə, siyasi partiya nəyinə lazımdır? Nədir alternativin? Nə yazılmalı idi qanunda? Onsuz da AXCP sədri 2 seçkidə də iştirak etməsə 80 yaşı olacaq. Arif Hacılının isə 90. Bunlar seçki dietasımı saxlayırlar? Siyasi partiya nə üçündür? Möhürə baxıb həzz almaq üçündürmü? Nə adamları var, nə gücləri var, nə də seçkidə iştirak edirlər. Bunlar hansı əsasla özlərini siyasətçi sayırlar?”
E.Musayevin fikrincə, radikal müxalifət onsuz da ən təkmil sənəd haqqında da nəsə tapıb deməyə adətlidir. Partiya sədri qeyd edib ki, məlum layihəni çox güman ki, heç oxumayıblar: “Elə bir maddədən yapışıblar. Həmin maddə olmasa başqasından yapışacaqdılar, o da olmasa bir başqasından. Yəni, bunlar bütün hallarda nəsə səbəb tapıb axıra qədər ara qarışdıracaqdılar. Nə danışırlar qoy danışsınlar. Özləri bilərlər. Əksər partiyalar qanun layihəsinin müzakirəsinə hazırdır, dinləmələrə, ictimai müzakirəyə qatılacaqlar və heç şübhə etmirik ki, yekunda təkmil bir sənəd ortalığa çıxacaq və həmin qanun siyasi sistemə öz faydasını, töhfəsini verəcək”.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, “Siyasi partiyalar haqqında” qanuna hərənin müxtəlif baxışı ola bilər. Layihənin hər kəsi qane etməməsi də mümkün haldır: “Yeni qanun layihəsi özündə yeni bir konsepsiyanı əhatə edir. Bu sənəd daha çox partiyaların müstəqilliyinə, daha ciddi bir qurum kimi formalaşmasına, hüquqa uyğun zəmində təşkilatlanmasına imkan tanıyır. Yəni, özbaşına, istədiyi şəkildə adını elan edib partiya qurmaq ənənəsi artıq yekunlaşıb. Bu qanun layihəsini “mürtəce” adlandıranların özlərinə baxanda görürsən ki, mürtəce elə onların partiyalardır. Onların fəaliyyətləri, çalışmaları, cəmiyyət həyatına nüfuzları, təsirləri mürtəce xarakter daşıyır. Bu, öz adını başqasına qoymaqdan başqa bir şey deyil”.
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev də “Siyasi partiyalar haqqında” qanun layihəsini mütərəqqi adlandırıb. O bildirib ki, Siyasi partiya hakimiyyətə iddialı olduğu üçün gücə, sosial bazaya malik olmalıdır: “Siyasi partiyanı yaratmaq, idarə etmək müəyyən qanuni əsaslara söykənməlidir. Keçmiş qanun 30 il öncə qəbul edilib. Aradan uzun zaman keçib, dövr, tələblər dəyişib. Mən bilirəm ki, vaxtilə AXCP ilə “Müsavat” da siyasi partiyalar haqqında qanunun dəyişməsi tələbini səsləndirmişdilər. İndi qanun yenilənir, dəyişir. Niyə buna etiraz edirlər? Hələ layihənin müzakirəsi gedir, qəbul edilməyib. Kim istəsə öz təklifini versin. Amma bu başdan “mürtəce” adlandırmaq, “pisdir” demək radikal müxalifətin ənənəsidir. Bu, qəbuledilməzdir. Bu, onların gücsüzlüklərini ört-basdır etmək üçün ortaya atdıqları bəhanələrdir. Yeni qanun layihəsinə görə qeydiyyatdan keçmək üçün, partiya yaratmaq üçün sosial bazaya, inama malik olmaq lazımdır. Yəqin ki, özlərinə inamları olmadığı, bəri başdan özlərini sığortalamaq üçün layihəni mürtəce adlandırırlar. Amma Azərbaycanda 40-a yaxın partiya yeni qanunla bağlı öz təkliflərini verib. Bu məsələ Milli Məclisdə müzakirə olunacaq. Yenə də layihə təkliflərə açıqdır. Onların hərəkəti özünü sığortalamaq və özünü təmizə çıxarmaq cəhdidir. Bu onların zəifliyini göstərir”.
Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də bildirib ki, AXCP və “Müsavat” da əgər hansısa müddəalarla razılaşmırlarsa, bununla bağlı öz təkliflərini bu vaxta qədər verə bilərdilər, hətta verməli idilər: “Qüvvələri ayrı-ayrı mövqelər? çəkmək, cəmiyyəti çaşdırmaq, ortaya fərqli mövqelər qoymaq olmaz. Qanun layihəsinə öz mütərəqqi təkliflərini vermək əvəzinə onu “mürtəce” adlandıraraq kənarda durmaq, başqa yol tutmaq doğru deyil. Hətta normal qanunun qəbuluna mane olacaq bir haldır”.
P.İsmayılov
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

