Türkiyədə quş qripi yayılır...
20.11.2024 [08:53]
Azərbaycan üçün təhlükə varmı?
Oktyabr ayından etibarən vəhşi quşların mövsümi köçü ilə bağlı dünyanın bir çox bölgələrində broyler təsərrüfatlarında quş qripinin aşkarlanması halları çoxalmağa başlayıb. Artıq Rusiyada və Türkiyədə də belə faktlar üzə çıxmaqdadır. Qardaş ölkənin Konya, Əskişəhər, Afyon, Bursa və digər bölgələrində quşçuluq təsərrüfatlarında quş qripinə yoluxma faktları aşkarlanıb. Məlumdur ki, Azərbaycana Türkiyədən həm 1 günlük cücələr, həm də yumurta idxal olunur. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyədən ölkəmizə 8 milyon 856 min 1 günlük cücə, 15 milyon 383,52 min ədəd inkubasiya üçün mayalanmış damazlıq yumurta gətirilib.
Belə yüksək idxal şəraitində ölkəmizdə də quş qripinin yayılması riski varmı?
İnfeksionist-həkim Mərdan Əliyev “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, quş qripi əsasən çöl quşlarından yoluxur. Quşların köç ərəfəsində də bir ərazidən digər əraziyə yayıla bilir: “Çöl quşları ev quşlarını da yoluxdurur, bununla da insanlara keçir. Bunun qarşısını almağın əsas yolları baytarlıq, nəzarət sistemi gücləndirilməli, quşların monitorinqi aparılmalı, hansı quşda xəstəlik aşkar olunursa, o zaman onlara qarşı müəyyən tədbirlər görülməlidir”.
Epozootik vəziyyət daim nəzarət altındadır
İnfeksionist qeyd edib ki, Azərbaycanda epozootik vəziyyət daim nəzarət altındadır. Onun sözlərinə görə, aidiyyəti qurumlar region ölkələri, xüsusilə də ölkəmizə quş əti və ət məhsulları, yumurta idxal olunan ölkələrdəki vəziyyəti daim izləyir: “Hər hansı yoluxma faktı qeydə alınan ərazilərdən idxal dərhal dayandırılır. Yalnız quş qripi deyil, heyvan və quşlar arasında kütləvi ölüm halına səbəb ola biləcək, həmçinin insan orqanizmi üçün təhlükə mənbəyi olan bütün xəstəliklərlə bağlı eyni addım atılır”.
Risk ölkələrindən idxal dayandırılmalıdır
Həkim hesab edir ki, təhlükə aradan qalxana qədər risk ölkələrindən idxal dayandırılmalıdır: “Türkiyənin digər bölgələri ərazilərini hər hansı quş və quş məhsulları üçün tam qapadıblar. Bu, ölkədə toyuq əti və yumurtanı kəskin bahalaşdırıb. Azərbaycana Türkiyədən damazlıq və az miqdarda süfrə yumurtası, həmçinin 1 günlük cücələr idxal olunur. Azərbaycanda yerli istehsalı qorumaq üçün damazlıq və süfrə yumurtası, toyuq ətinin idxalına əlavə rüsumlar tətbiq olunub. Bu, MDB dövlətlərinə, o cümlədən Gürcüstana aid deyil. Buna görə də bir sıra Türkiyə şirkətləri öz məhsullarını Gürcüstan adı ilə ölkəmizə göndərirlər. Yəni bu gün Türkiyədə quş qripi geniş yayılıbsa, yalnız oradan deyil, Gürcüstandan da idxal dayandırılmalıdır. İnanırıq ki, real təhlükə bu dəfə də doğru qiymətləndiriləcək və təhlükə aradan qalxana qədər həm Türkiyədən, həm Gürcüstandan yumurta və cücə idxalı dayandırılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30

