Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDU tələbələri “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar

BDU tələbələri “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar

27.11.2024 [22:52]

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar.

Universitetdən bildirilib ki, müsabiqə qaliblərinin hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin QSC-də təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

“AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə “Təqaüd proqramı” layihələri icra edir. Bu günədək ali məktəblərin bakalavriat və magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrindən isə 35 tələbəyə təqaüd verilib.

Paylaş:
Baxılıb: 810 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31