Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir müavini iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolundan danışıb

Nazir müavini iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolundan danışıb

05.12.2024 [20:17]

Bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır. Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın səhiyyə nazirinin müavini İlqar Qasımov dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O, iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunun vacibliyini vurğulayaraq onların bu işə töhfə verəcəyinə ümid etdiyini bildirib.“İqlim dəyişikliyi hazırda dünyanın üzləşdiyi qlobal problemlərdən biridir və bununla mübarizədə hər kəs əlindən gələni etməlidir. Gənclər ölkəmizin gələcəyidir və onların düzgün məlumatlandırılması, bu istiqamətdə maarifləndirilməsi dünyanın gələcək inkişafına mühüm təsir göstərəcək”, - deyə nazir müavini əlavə edib.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31