Azərbaycanda qış turizm mövsümünə start verilib
14.12.2024 [21:18]
Dekabrın 14-də Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediatur Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, turizm sənayesinin inkişafı sahəsində ən son yenilikləri nümayiş etdirmək, o cümlədən “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyıb.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayının 2 milyon 412 min nəfər təşkil etdiyini və bunun 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım olduğunu bildirib. Kənan Quluzadə 2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozların olduğunu qeyd edib.
DTA sədrinin müşaviri qeyd olunan dövr ərzində, həmçinin Azərbaycana 24.519 kommersiyayönümlü uçuşun həyata keçirildiyini və əvvəlki dövrlə müqayisədə 18 faiz artımın olduğunu, eləcə də yanvar-oktyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda nominal ifadədə 2.49 milyard AZN əlavə dəyərin yarandığını və bunun da ötənilki dövrlə müqayisədə 11.3 faiz artıma səbəb olduğunu vurğulayıb.
Tədbirdə 2024-2026-cı illər üzrə nəzərdə tutulan Turizm Marketinq Strategiyasına əsasən, dörd əsas istiqamət üzrə işlərin həyata keçirildiyini deyən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov təbiət və macəra, mədəniyyət, sağlamlıq və işgüzar tədbirlər kimi sahələrə, eyni zamanda, qış turizmi fəaliyyətlərinə xüsusi önəm verildiyini bildirib. O, ölkə turizminin təbliği və təşviqi baxımından yeni hədəf bazarlarının araşdırılması, turizm bazarlarına çıxışın asanlaşdırılması və mövcud turizm bazarlarında aktivliyin artırılması, o cümlədən ziyarətçi bazasının genişləndirməsi istiqamətində aktiv işlərin aparıldığını qeyd edib. Cavanşir Bayramov cari ildə Azərbaycanın turizm potensialının təbliği istiqamətində xarici media resurslarında, beynəlxalq turizm sərgilərində, B2B görüşlərdə 30-a yaxın aktiv kampaniyaların aparıldığını bildirib.
“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib ki, 2024-cü ilin yanvar ayından dekabrın 14-ə kimi “Şahdağ” Turizm Mərkəzində hotellərdə gecələyənlərin sayı 101.939 nəfər, mərkəzin xizəkçi və piyada kimi xidmətlərindən istifadə edən qonaqlarının sayı isə 266.579 nəfər təşkil edib. 2025-ci ildə “Şahdağ”ın beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi edəcəyini qeyd edən Rüstəm Nəcəfov mövsümqabağı yeni infrastruktur layihələrinin həyata keçirildiyini, modernləşdirilmə işlərinin aparıldığını, həm kompleksin ərazisində olan hotellərin, həm də kanat xətlərinin, eləcə də qonaqlara təqdim olunan müxtəlif qış əyləncələrinin və attraksionlarının tam hazır vəziyyətə gətirildiyini bildirib. O, son illər beynəlxalq bazarlarda aparılan uğurlu təşviqat işlərinin nəticəsində kompleksə səfər edənlərin sayında müsbət dinamikanın olduğunu, həm də ölkələrin coğrafiyasının genişləndiyini qeyd edib.
İkigünlük tədbir çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlar üçün nəzərdə tutulan müxtəlif əyləncələrlə tanış olacaq, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49

