Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Pensiya kalkulyatoru” e-xidmətinə 1,9 milyondan çox müraciət olub

“Pensiya kalkulyatoru” e-xidmətinə 1,9 milyondan çox müraciət olub

29.12.2024 [15:14]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na yanvar-noyabr aylarında 1,9 milyondan çox müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.

Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, qeyd olunan e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.

2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətinə ötən dövrdə müraciət sayı 4,3 milyonu ötüb.

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31