Övladını azad və xoşbəxt Vətəndə böyütmək istəyirdi...
09.01.2025 [08:46]
Salatın Əsgərovanın şəhid olmasından 34 il ötür
Qələbə hər bir xalqın vahid hədəf uğrunda mübarizəsi zamanı qazanılır. Bu mənada vətəndaşların öz fəaliyyət sahəsində xalqının, dövlətinin maraqlarını qoruması, bu uğurda bütün gücünü səfərbər etməsi, hətta can verməsi qalibiyyətin ən ümdə şərtlərindəndir. Tarix boyu ermənilərin Azərbaycana qarşı əsassız iddiaları, sonradan hərbi təcavüzü xalqımızı bir nəfər kimi mübarizəyə köklədi. Hər kəs öz sahəsində Vətənin azadlığı, Azərbaycan həqiqətlərinin yayılması uğrunda döyüşə atıldı. Bu mübarizənin önündə isə əli silahlı əsgərlərimizlə yanaşı, əli qələmli jurnalistlərimiz də döyüşürdü. Belə insanlardan biri də şəhid jurnalist Salatın Əsgərova idi...
Qarabağ məsələsi, Azərbaycanın ərazi bütövlüyü, erməni qəsbkarlarına qarşı igidliklə vuruşan oğullarımızın şücaəti həyatının son üç ilində Salatın Əsgərovanın jurnalist fəaliyyətinin aparıcı mövzularını təşkil edirdi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları, yaxınları ondan bərk nigaran qalar, döyüş bölgəsinə getməyinə mane olmağa çalışardı, lakin bu cəhdlər heç bir nəticə verməzdi. Çünki Salatın Əsgərovanı cəbhə xəttinə çağıran səs daha qüvvətli idi. Bu, darda qalan, övladlarının sevgi və fədakarlığına ehtiyac duyan Vətənin səsi idi...
Peşəsinə sadiq olan qorxmaz qadın!
Onun köksündə Vətən sevgisi ilə dolu bir ürək döyünürdü, buna görə də o səsə biganə qala bilməzdi. Ailəli idi, bir oğlu vardı, hər gün öpüb-qucaqlayıb bağrına basdığı, həyatının anlamı bildiyi övladı üçün canını qurban verərdi. Amma o, övladını azad və xoşbəxt vətəndə böyütmək istəyirdi. Buna görə də Qarabağda gedən gərgin döyüşləri aləmə hayqırmaq, səsini hamıya çatdırmaq üçün cəbhə bölgəsinə gedirdi. Peşəsinə sadiq olan bu qorxmaz qadın Qarabağın ən odlu nöqtələrində olurdu. “Molodyoj Azerbaydjana” qəzetinin oxucuları onun doğma torpağa məhəbbət, azğın düşmənə nifrətlə dolu oçerklərini, yol qeydlərini səbirsizliklə gözləyirdilər. Onun həqiqəti söyləyən, erməni faşizminin iç üzünü açan yazıları düşmənin qəlbinə ox kimi sancılırdı...
Sonuncu reportaj...
Onun fəaliyyətindən söz açmağımız əbəs deyil, çünki bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür.
S.Əsgərovanın müharibənin qaynar nöqtələrindən hazırladığı reportajlar geniş oxucu kütləsi qazanmışdı. O, öz imzası ilə tanınır və sevilirdi. Amma... 1991-ci il yanvarın 9-da yenə səfərə yola düşdü. Növbəti reportajını hazırlamaq, həqiqəti çatdırmaq, Vətənə heç olmasa qələmi ilə yardım etmək üçün. Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyində - Qaladərəsi kəndi yaxınlığında düşmən onun olduğu maşını yaxın məsafədən atəşə tutdu, Salatın Əsgərova elə hadisə yerindəcə həlak oldu.
Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58

