“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu
12.04.2026 [08:44]
Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu. Xanoba kəndində dövlətimiz tərəfindən verilən evdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qonağımız oldular. Bu, bizi olduqca sevindirdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri ölkə rəhbəri tərəfindən “KamAZ” markalı yük maşını hədiyyə edilən Ayazın atası Bəybala Qasımov bildirib.
“Görüş zamanı övladım Ayaz Prezidentimizdən “KamAZ” istədi. Həmin an ölkə rəhbəri Ayazın əlindən tutaraq onu öz avtomobilinə tərəf apardı və maşına mindirərək soruşdu – “Bu maşını istəyirsən, yoxsa “KamAZ”ı, Ayaz isə yenidən “KamAZ” istədiyini bildirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin vaxt Ayaza söz verdilər ki, onun qırmızı rəngli “KamAZ”ı olacaq. Bu gün həmin qırmızı “KamAZ” artıq bizim həyətimizdədir. Bütün bunlar çox qısa zamanda baş verdi. Ölkə rəhbəri və birinci xanımın bizə qonaq gəlməsi, Ayazın onlardan “KamAZ” istəməsi – bunların hər biri bizim üçün yaddaqalan, unudulmaz anlardır. Mən özüm 10 yaşımda bu torpaqlardan çıxmışam, indi isə 44 yaşım var. Bu yaşımda belə anlar yaşamaq mənim üçün böyük qürur hissidir. Bu “KamAZ”la mən də çalışacağam ki, Qarabağımızda aparılan tikinti-quruculuq işlərinə töhfə verim”, - deyə Bəybala Qasımov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndinə səfəri zamanı Qasımov ailəsi ilə görüşüblər. Görüş zamanı ailənin balaca övladı Ayaz öz səmimi arzusu ilə ölkə rəhbərinə müraciət edərək “KamAZ” yük avtomobili istədiyini bildirib. Onun bu uşaq səmimiyyəti və istəyi Prezident İlham Əliyev və birinci xanım tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmin görüşdə səsləndirilən arzu qısa müddət sonra reallığa çevrilib. Balaca Ayazın istədiyi qırmızı rəngli “KamAZ” artıq Qasımovlar ailəsinə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23

