Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin qarnizonunda yeni binalar istifadəyə verilib
08.01.2014 [08:51]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, yeni-yeni hərbi hissələrin, sərhəd bölmələrinin və güclü sərhəd infrastrukturunun yaradılması sürətlə davam etdirilir.
AzərTAc xəbər verir ki, yanvarın 7-də Azərbaycan Respublikasının şimal-qərb sərhədlərinin etibarlı mühafizəsi üçün Şəmkir sərhəd dəstəsinin qarnizonunda yeni inşa edilmiş binalar istifadəyə verilib.
Bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək son illər Azərbaycan sərhədlərinin etibarlı qorunması istiqamətində görülən işlərdən, xüsusilə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarnizonlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Mərasimdə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif olunmuş sərhədçilərin bir qrupuna medallar və qiymətli hədiyyələr təqdim edilib.
Şəxsi heyət orkestrin marş sədaları altında tribuna önündən keçdikdən sonra yeni inşa edilmiş qarnizon binasının, Heydər Əliyev Mərkəzinin, hərbi qulluqçuların və onların ailə üzvləri üçün inşa edilmiş 4 blokdan ibarət 7 mərtəbəli yaşayış binasının, idman zalının, 40 yerlik tibb məntəqəsinin, müxtəlif tədbirlərin keçirilməsi üçün 500 nəfərlik klub binasının açılışı olub.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov rəmzi lentləri kəsib, yeni binalarda yaradılan şəraitlə tanış olublar.
Dövlət Sərhəd Xidmətinin rəisi binalarla tanışlıqdan sonra qarnizonu gəzib, şəxsi heyətin fəaliyyəti ilə maraqlanıb. Burada sərhədlərimizin qorunmasında zəruri olan texnika və avadanlıq, eləcə də təlim görmüş itlərin sərhəd pozucularına qarşı hücumları nümayiş etdirilib.
Əsgərlərin nümunəvi çıxışlarından sonra Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər qonaqlar əsgər yeməkxanasında nahar edib, qida məhsullarının keyfiyyəti ilə maraqlanıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40

