Xətai rayonunda 47 minə yaxın sakin tibbi müayinədən keçib
06.03.2014 [09:32]
Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək ölkəmizdə əhalinin icbari tibbi müayinədən keçirilməsi aksiyası Xətai rayonunda da uğurla davam etdirilir. Hazırda 7 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin qrafik əsasında tibbi müayinəsi keçirilir. Sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılıb.
AzərTAc xəbər verir ki, bu barədə martın 5-də rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov məlumat verib. O bildirib ki, rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Komissiyanın gördüyü tədbirlər rayon sakinlərinin tibbi müayinə olmasının mütəşəkkilliyini təmin edib. Fevralın 17-dən indiyədək 46 min 372 rayon sakini hərtərəfli müayinə edilib. Onların 11 min 177 nəfərində müxtəlif xəstəliklər aşkarlanaraq ambulator, 96 nəfəri isə stasionar müalicəyə cəlb olunub.
Poliklinikanın baş həkimi Şəlalə Səfərova isə dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Baş həkim dövlət proqramı çərçivəsində rəhbərlik etdiyi poliklinikanın da ən müasir avadanlıqlarla təchiz edildiyini və burada yüksək ixtisaslı həkimlərin çalışdığını diqqətə çatdırıb.
Rayon sakini Aynur İsrafilova isə deyib: “Mən də bütün müayinələrdən keçdim. Burada yaradılan şəraitdən, həkimlərin münasibətindən çox razı qaldım. Sovet dövründə bu cür yaraşıqlı, hər cür aparatlarla, tibbi cihazlarla təmin olunmuş poliklinika yox idi. Müstəqilliyimizin ilk illərində isə müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. İndi tək bizim rayonda yox, bütün respublikada tibb müəssisələri ya tikilərək, ya da əsaslı təmir olunaraq insanların ixtiyarına verilib. Bu gün Prezident İlham Əliyevin səhiyyəyə ayırdığı diqqət və qayğını hər birimiz öz həyatımızda hiss edirik. Bu aksiyanı isə dövlət başçısının əhalinin sağlamlığının qorunmasına diqqət və qayğısı kimi qiymətləndirirəm”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

