Qəbələdə şagirdlər Ulu öndər Heydər Əliyevin zəngin irsinə böyük maraq göstərirlər
06.03.2014 [09:40]
Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda növbəti açıq dərs keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirilən hər bir açıq dərsdə rayonun orta məktəblərindən 100-ə yaxın şagird iştirak edir. Açıq dərslər dövlət himninin oxunması ilə başlanılır. Dərslərdə çıxış edən rayon təhsil şöbəsinin məsul işçiləri və tarix müəllimləri Ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışırlar. Açıq dərslərdə şagirdlərə Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir.
AzərTAc xəbər verir ki, martın 5-də rayon təhsil şöbəsinin tarix fənni üzrə metodisti Tərbiyə İsayevanın və məsul işçi Ümidvar Həsənovun apardıqları ikinövbəli açıq dərslərdə Bum qəsəbə tam orta məktəbindən 20, Bayramkoxalı kənd tam orta məktəbindən 19, Nohurqışlaq kənd tam orta məktəbindən 40, Aydınqışlaq kənd tam orta məktəbindən 27, Çarxana kənd tam orta məktəbindən 13 şagird təqdim olunan mühazirələri dinləyiblər.
Açıq dərslərdə “Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev Azərbaycan xalqının sülhsevər, vətənpərvər oğlu idi”, “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, “Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyəti” mövzularında mühazirələr oxuyublar.
Qeyd edilib ki, dahi rəhbər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, uğurlu siyasi kursun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu-bütün bunların hamısı Ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müdrik rəhbər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edən natiqlər ölkəmizin çox sürətlə və davamlı inkişaf etdiyini bildiriblər.
Açıq dərslərdə bütün mövzular xüsusi hazırlanmış foto, videomateriallarla şagirdlərin diqqətinə çatdırılıb.
Məktəblilər Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10

