Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
07.03.2015 [10:57]
3 KİV-lə bağlı məsələ “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılacaq
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədri Əflatun Amaşov komissiyanın üzvlərinə gündəliyə daxil edilməsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Gündəlik müzakirə olunaraq təsdiqlənib.
Öncə İsmayıllı rayon İcra Hakimiyyətinin və İsmayıllı Olimpiya İdman Kompleksinin “İskra.az” saytından şikayətlərinə baxılıb. Müzakirələr zamanı vurğulanıb ki, bu onlayn qəzetdən narazılıq doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələblərinə tam sayğısızlıqla yanaşılıb. Silsilə yazılarda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlərə, ifadələrə yer verilib. Komissiya bunların, xüsusən mənəvi müstəvidə aşağılanmaya hesablanmış cəhətlərin sayt rəhbərliyinin jurnalist fəaliyyətilə bir araya sığmayan maraqlarından qaynaqlandığı qənaətinə gəlib. Ona görə də, Mətbuat Şurasının məsələ ilə bağlı daha doğlun qərar çıxarması üçün toplanmış materialların MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında da araşdırılması məqsədəuyğun sayılıb.
İclasda daha iki kütləvi informasiya vasitəsi - “Maqnat.tv” və “Azerinfo.az” saytları barədə şikayətlərin də həmin komissiyada araşdırılması məqsədəmüvafiq hesab edilib. Ağcabədi rayon Təhsil Şöbəsinin “Maqnat.tv” ilə əlaqədar müraciətinin müzakirəsində saytın qərəzli və məqsədli göründüyü təmsilçi kimi iclasa qatılan baş redaktorun nəzərinə çatdırılıb. Bildirilib ki, sərlövhəsində ittiham xarakteri daşıyan informasiya faktlara, dəlil-sübutlara deyil, ümumi mülahizələrə əsaslanır, böhtan xarakteri daşıyır. Yazının dili də olduqca qüsurludur.
İclasda şikayətçi tərəf kimi iştirak edən Bank Olmayan Kredit Təşkilatı “Vijn Fond AzərKredit” MMC-nin təmsilçisi bildirib ki, “Azerinfo.az” saytının bu qurum barədə gedən yanlış yazısı ilə bağlı həmin KİV-in elektron ünvanına şikayətçinin mövqeyi göndərilib. Lakin qarşı tərəf həmin mətnin dərcini həyata keçirməyib. Halbuki, “Azerinfo.az”ın istinad etdiyi sayt “Kütləvi inofrmasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun bu tələbinə əməl edib.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53

