Bakıda “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forum işə başlayıb
09.04.2015 [10:06]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə aprelin 8-də Bakıda, Gənclər Evində “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Avropa gənclər paytaxtları seçilmiş ölkələrin təcrübəsinin öyrənilməsindən, “Gəncə-2016 - Avropa Gənclər Paytaxtı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üzrə fəaliyyət planının təqdim edilməsindən, yerli və xarici gənclər təşkilatları arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafından ibarətdir.
Forumda Avropa Gənclər Forumunun nümayəndələri, Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Gürcüstanın gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
ARGTMŞ-in baş katibi Seymur Hüseynov, ictimaiyyətlə əlaqədar departamentinin rəhbəri Pərvin Piriyev və Moldova Gənclər Milli Şurasının prezidenti, eyni zamanda, Avropa Gənclər Forumunun İdarə Heyətinin üzvü Doru Kroşu çıxış edərək Gəncənin 2016-cı il üçün Avropa gənclər paytaxtı olması ilə əlaqədar görüləcək işlərdən danışıb, bu sahədə xarici təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihə çərçivəsində müxtəlif mövzulara dair sessiyalar keçiriləcək, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” ilə bağlı həyata keçirilən və görüləcək işlər müzakirə olunacaq.
Sonra təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, Avropa gənclər paytaxtlarının nümayəndələrinin tövsiyə və təklifləri dinlənilib.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təqdimat da keçirilib.
Forum çərçivəsində ARGTMŞ-in üzvü olan gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə plenar iclaslar və işçi qruplar təşkil olunacaq.
Tədbir işini aprelin 9-da 2016-cı il üçün Avropa gənclər paytaxtı seçilən Gəncədə davam etdirəcək.
Xatırladaq ki, Avropa gənclər paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən təsis olunub. Titulun təsis olunduğu 2009-cu ildən bəri hər il bir şəhər Avropa gənclər paytaxtı seçilir. Həmin şəhər bir il ərzində qitə miqyaslı bir çox beynəlxalq tədbirə ev sahibliyi edir. Bu günədək Rotterdam, Turin, Antverpen, Praqa, Maribor, Saloniki və Kluj-Napoka şəhərləri Avropa gənclər paytaxtı seçilib.
Gəncə 2014-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən təntənəli tədbirdə 2016-cı il üçün Avropa gənclər paytaxtı seçilib. Bu, Gəncənin bir çox mühüm tədbirə ev sahibliyi etməsinə və Azərbaycanın Avropa gənclərinin diqqət mərkəzində olmasına imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14

