“ASAN xidmət”in yaradılması məmur-vətəndaş münasibətlərinə böyük töhfə verib
21.04.2015 [10:06]
Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirilib
Aprelin 18-də Binəqədi rayon İcra Hakimiyyətində (RİH) təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirilib. Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “ASAN xidmət” Mərkəzi İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin bir qrup üzvü, eləcə də, Binəqədi RİH-də təcrübə keçən “ASAN” könüllüləri iştirak ediblər. Öncə tədbir iştirakçıları və qonaqlar Ulu öndər Heydər Əliyevin Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsinin önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.
Tədbiri açıq elan edən moderator Aytac Seyidəliyeva iştirakçılara “ASAN” könüllülərinin fəaliyyəti barədə məlumat verib, Binəqədi RİH-də keçdikləri üç aylıq təcrübədən danışıb.
Sonra çıxış edən Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “ASAN xidmət” barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığını deyən Ü.Mehdiyev, həmçinin, ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. O, məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyini vurğulayıb.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd edib. RİH başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən “ASAN xidmət”in, sözün gerçək mənasında vətəndaşların işlərini asanlaşdırması bu qurumun nüfuzunu günbəgün artırıb və gənclərdə də bu sahəyə maraq oyadıb. Maraq o qədər güclü olub ki, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlayıblar.
Daha sonra ASAN könüllülərindən Bahadur Əlizadə, Aysel Məmmədova, Fərid Abbasbəyli, Zahirə Ağayeva və Könül Hüseynli çıxış edərək Binəqədi RİH-də keçdikləri iş təcrübəsindən danışıb, ötən üç aylıq zaman kəsiyində fərqli şöbələrdə təcrübə keçən “ASAN” könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs edib, bütün bunlara görə RİH rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildiriblər.
“ASAN” könüllülərə sertifikatların təqdim olunması mərasiminin ardınca tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14

