Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tədbirlər görülür

Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tədbirlər görülür

01.03.2018 [10:17]

Hazırda paytaxtda 274 çoxmərtəbəli bina tikilir. İndiyədək həmin binaların tikintisində 357 işəgötürən 15 923 nəfərlə müqavilə imzalayıb. Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə “ASAN xidmət”in Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən indiyə kimi 1641 nəfər işçi müəyyən edilib. Həmin monitorinqlərdən sonra 20 561 əmək müqaviləsi bağlanıb.
Ötən ilin aprelinə qədər Bakı şəhəri üzrə 9 min müqavilə imzalanmışdısa, ötən 10 ayda həmin rəqəm 4 dəfəyə yaxın artaraq 33,4 minə çatıb. Son altı ayda keçirilən 43 monitorinq nəticəsində 1600-ə yaxın işçi müəyyən olunub və onlardan 570-nin müqaviləsinin düzgün bağlanılmadığı aşkar edilib. Keçən il bir şirkətə orta hesabla 30-32 işçi düşürdüsə, indi onların sayı 48 civarındadır və daha da artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu statistikanı Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində əmək münasibətləri” mövzusunda keçirilən təqdimatda səsləndirib.
Tədbirdə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” ölkə Prezidentinin ötən il aprelin 28-də verdiyi Fərmandan irəli gələn məsələlərin icrası ilə əlaqədar görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, 1 nömrəli “ASAN Kommunal” mərkəzində sahibkar və işçilər üçün xidmət pəncərəsi açılıb və xidmətin pəncərəsinə istənilən vaxt müraciət etmək mümkündür.
Tədbirdə mərkəzin mcenter.az saytının açılması barədə məlumat verilərək həmin saytda bütün qanunvericilik aktları və sənədlərin toplanıldığı bildirilib. Hazırda paytaxtda tikilməkdə olan binalarla əlaqədar bütün məlumatlar həmin saytda öz əksini tapacaq. Sistem üzərindən şirkətlər üçün yeni bir pəncərə yaradılıb və onlar çalışdıqları işçilər barədə əvvəlcədən Monitorinq Mərkəzinə məlumat verəcəklər. Saytda verilən suallara yalnız yazılı formada deyil, həm də səsləndirmə ilə də cavab almaq olar. Saytın bu cür iş rejimi gözdən əlillərin də ondan istifadə etməsi üçün rahat olacaqdır. Ehtimal ki, belə bir saytın analoqu yoxdur.
Analitik Mərkəzin şöbə müdirinin dediyinə görə, tikinti şirkətində çalışan bir nəfərin monitorinqi üçün əvvəllər 3-4 dəqiqə sərf olunurdusa, indi bunu 55 saniyə, uzağı 1 dəqiqə ərzində etmək mümkündür. Həmin proses səyyar avtobuslar vasitəsilə aparılır, eyni vaxtda 7 pəncərədən lazım olan məlumatlar sürətlə əldə edilir, müqaviləsi olduqda dərhal aşkar edilir, olmadıqda qeydə alınır. 2017-ci ildə işçilərlə müqavilə bağlamayan hüquqi və fiziki şəxslər arasında 18 material Baş Prokurorluğa, 17 material isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.
Təqdimat mərasimində iştirak edən tikinti şirkətlərinin nümayəndələrini maraqlandıran suallara cavablar verilib.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31