“Bakcell” KSM layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir
10.04.2018 [09:13]
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı və digər layihələr vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.
“Bakcell” şirkətinin dəstəyilə BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” tərəfindən hazırlanan “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində özəl sektorun roluna həsr ediləcək.
Bu həftənin qonaqları “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova, BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində proqram məsələləri üzrə müşaviri Leyla Fəthi və “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyevdir. Mütəxəssislər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor, sənaye, innovasiya və infrastrukturun rolu barədə söz açacaqlar.
“Özünün Korporativ Sosial Məsuliyyət layihələri və digər fəaliyyət növləri vasitəsilə “Bakcell” Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük töhfə verməkdədir. Bu layihələrin, xüsusilə də bərabərliyin təmin edilməsi, təhsilin inkişaf etdirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, innovasiyaların tətbiqi və s. kimi istiqamətlərdə görülən işlərin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur. Biz əminik ki, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və ümumiyyətlə, ölkədə sosial problemlərin aradan qaldırılmasında özəl şirkətlərin və müəssisələrin rolu olduqca böyükdür. Telekommunikasiya şirkəti olaraq biz öz rolumuzu, məsələn, innovasiyalara dəstək olmaqda, innovativ ideyaların insanların sosial rifahına xidmət etməsində görürük”, - deyə “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
Veriliş “ASAN Radio”da 9 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedib. Verilişin təkrarı 10 aprel (saat 11:05-də) və 13 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
Radio verilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda, ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində “Bakcell” şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.
Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell” şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”nin təşviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.
Xəbər lenti
Hamısına baxİdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25

