"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər sosial ədaləti təmin edəcək
03.11.2009 [09:05]
Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına, ayrı-ayrı sosial qruplar arasında narazılığın aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxaracaq. Bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da yer alıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin sözlərinə görə, Qanuna edilən əlavə və dəyişikliklərin ən mühümü keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu dəyişiklik pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldıracaq, bununla həm də sistemdə böyük bir şəffaflıq təmin olunacaq: “Belə ki, pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən olunması metodikası ilə bağlıdır. Hazırda həmin qayda 2004-2005-ci illərin (və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın) əməkhaqqı arayışına istinadən hesablamaların aparılmasına əsaslanır və göstərilən tarixdən zaman keçdikcə vətəndaşlar bu arayışların əldə edilməsində daha çox problemlərlə üzləşirlər. Bu isə müxtəlif subyektiv amillərə şərait yaradır. Bununla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin bəzən digər aşağı əmək stajlı şəxslərin əməkhaqqı göstəricilərindən az olması səbəbindən yaranan fərqli pensiya hesablanması halları pensiyaçılar arasında haqlı narazılığa səbəb olur. Məlumdur ki, 2006-cı ilin yanvarınadək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmayıb. Odur ki, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsi əməkhaqqına əsasən aparılıb. Yeni qaydanın tətbiqindən sonra bu istinad aradan qaldırılıb, hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması qərara alınıb”.
Yeni qaydaya əsasən, sığortaolunanların (pensiya təyin edilməmiş şəxslərin) 2006-cı ilin yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutulub. Göstərilən yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verəcək. Bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq.
Yeni qaydanın üstünlükləri bununla bitmir. Məsələn, 2004-2005-ci illərdən əvvəlki dövrün orta aylıq əməkhaqqı məbləğlərinin xeyli aşağı olmasına baxmayaraq, 01.01.2006-cı ilədək olan dövrdəki ən yüksək orta aylıq əməkhaqqı (2004-2005-ci illər) götürülüb və bu, bütün fəaliyyət dövrünə şamil edilib.
Digər tərəfdən, sosial sığorta 1992-ci ildən tətbiq olunsa da, vətəndaşın bütün işlədiyi dövrə sığorta kapitalı hesablanacaq. Bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.
Nəzərə almaq lazımdır ki, bu qayda 01.01.2010-cu il tarixdən sonra pensiyaya çıxanlara şamil ediləcək ki, bu da yeni təyin olunan pensiya məbləğlərinin artımı deməkdir. Təklif olunan qaydanın tətbiqi nəticəsində minimum məbləğlə pensiya təyinatı aradan qaldırılacaq.
Yeni qayda sadələşdirilmiş olsa da, məlumatsızlıq bəzi narahatlıqlar yaradır. E.Babayev hesab edir ki, yeni qayda nəinki sadədir, həm də vətəndaşların xeyrinədir: “Pensiyaya çıxan hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər əmək stajının hər ilinə 170 manat pensiya kapitalı veriləcək. Alınan məbləğin üzərinə son 4 ilin inflyasiya faizləri gəlinərək 144-ə bölünəcək. Bundan sonra şəxsin son 4 ildə fərdi hesabına yığılan sığorta kapitalı da 144-ə bölünərək, alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq. Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək. Burada 170 manat “Əmək pensiyaları haqqında” Qanunun qəbul olunduğu 01.01.2006-cı ilə qədər olan ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği (pensiya kapitalı), 144 isə gözlənilən pensiya ödənişi müddətidir (12 il, yəni 144 ay). Bu hesabla 2006-cı ilə qədər 12 il iş stajı olan şəxs azı 90 manat pensiya ala biləcək. Məsələn, 2010-cu ildə pensiyaya çıxacaq 40 il stajı olan şəxsin pensiyasını hesablasaq, bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə gəlinir 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni- 8,3 faiz, 16,7 faiz, 20,8 faiz. Alınan 9434 manat 144-ə bölünür. Alınır 65 manat. Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürməklə fərdi hesabında yığılan sığorta kapitalına görə sığorta hissəsini də hesablasaq, bu 20 manat edir. Beləliklə, cəmi sığorta hissəsi 65+20=85 manat edir. üzərinə pensiyanın baza hissəsi gəlinir, yəni 75 manat. Cəmi 160 manat edir. Halbuki statistik göstəricilərin təhlili göstərir ki, yüksək əmək stajlarının olmasına baxmayaraq, son illər təyin olunmuş pensiyaların 60,8 faizi minimum məbləğdə (yəni 75 manat) təyin olunub”.
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06

