UNEC-də distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub
23.01.2020 [12:10]
Yanvarın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kurslarını uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNEC-in rektoru Ədalət Muradov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olmasına xüsusi diqqət verməsi bugünkü tədbirin uğurlu olmasını əsaslandırır. Rektor Çin dilinin distant tədrisi ilə bağlı təşəbbüslə çıxış etdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.
“Fondun təşəbbüsündən sonra UNEC-də Pekin Xarici Dillər Universiteti və Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə birlikdə Çin dilinin tədrisinə başladıq. Sevindirici haldır ki, Çin dilinə maraq böyükdür. Bu dilin tədrisi ilə bağlı işləri davam etdirmək niyyətindəyik. Bizim bu dərslərə daha geniş auditoriyanı cəlb etmək imkanımız var”, - deyə rektor Ədalət Muradov bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında deyib ki, distant Çin dili kursları Heydər Əliyev Fondunun, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. “Kursların təşkilinin nəticəsi olaraq gördük ki, Çin dilinin öyrənilməsinə böyük maraq var”, - deyə Heydər Əliyev Fondunun icraçı direktoru qeyd edib. Anar Ələkbərov distant Çin dili kursları təşəbbüsünün layihənin tərəfdaşlarının köməyi və dəstəyi ilə davam etdirmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Li Jingsong layihənin daha çox azərbaycanlıya Çin dilini öyrənməyə imkanı verəcəyinə əminliyini ifadə edib. O xatırladıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həm Azərbaycanda, həm də Çində bir çox layihələr reallaşdırılıb. Li Jingsong yekunlaşan kursun iştirakçılarının dərslərdə əldə etdikləri biliklərlə Çin dili bacarıqlarını daha da mükəmməlləşdirdiklərini vurğulayıb.
Tədbirdə Çin dili kursları üzrə dərslərə başlanılması ilə əlaqədar universitetdə keçirilən təqdimat tədbirini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, icra olunan layihə Azərbaycan və Çin arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tədbirə videobağlantı ilə qoşulub. O deyib ki, bu layihənin icrası Azərbaycan və Çin arasında olan tarixi münasibətlərdən yaranan zərurətdir.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov təmsil etdiyi qurumun elm və təhsil sahəsindəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, layihə iki ölkə arasında yüksək səviyyədə olan iqtisadi, ticari, mədəni əlaqələrə müsbət təsir göstərəcək.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, distant Çin dili kursları üzrə dərslərə 2019-cu il sentyabrın 28-də başlanılıb. Bununla əlaqədar universitetdə keçirilən təqdimat tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulan distant dil kurslarında dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçirilib. Distant təhsil üzrə təlimlər ödənişli əsaslarla aparılıb. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanıb. Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd olub, sadə fikir mübadiləsi aparmaq bacarığı əldə ediblər. Üç ay davam edən proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçirilib.
Layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

