/ / Hande Harmancı: Azərbaycanın koronavirus əleyhinə vaksini qısa müddət ərzində ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur
Hande Harmancı: Azərbaycanın koronavirus əleyhinə vaksini qısa müddət ərzində ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur
16.02.2021 [09:20]
Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinin birinci dozasını vurdurdum. Dörd həftə sonra ikinci dozanı da vurduracağam və nəticədə COVID-19-a qarşı qorunmuş olacağam. Azərbaycan hökumətinə bizə bu imkanı yaratdığı üçün minnətdaram. Vaksinasiya pandemiya ilə mübarizə üçün çox önəmlidir. Buna görə hər kəsin peyvənd olunmasını tövsiyə edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, iki vaksinin eyni anda tətbiqinə dair tədqiqatlar davam edir: “İki fərqli vaksinin istifadə oluna bilməsi, səmərəsi, təsirli olması, təhlükəsizliyi araşdırılır. Hələ ki əlimizdə bununla bağlı nəticə yoxdur. Bununla yanaşı, koronavirus əleyhinə xeyli vaksin hazırlanmağa başlanılıb. Ümid edirəm ki, yaxın zamanlarda yaxşı nəticələr əldə olunacaq.
Vaksinlərin hamısı bir-birindən üstündür. Lakin həmin üstünlüklər tam olaraq bilinmir. Bəzi peyvəndlərin bir sıra yaş qruplarında - bir qisminin gənclərdə, bir hissəsinin uşaqlarda effektiv ola biləcəyi ehtimal olunur. Hələ ki, bunlar yavaş-yavaş öyrənilir. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edə biləcəyik. Hansı vaksin olmasından asılı olmayaraq, təhlükəsiz və təsirli olan peyvəndləri nə qədər sürətlə dünyaya yaya bilsək, hər kəs üçün bir o qədər yaxşı olacaq.
Dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ ki, prosesdən kənarda qalıb. Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirəm ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Əvvəlcə, səhiyyə işçilərinin peyvənd olunması vacibdir. Bildiyimiz qədəri ilə Azərbaycanda xeyli səhiyyə işçisi vaksinasiyadan keçib. Bu da həm özlərinin, həm də pasiyentlərin təhlükəsizliyi üçün vacibdir”.
H.Harmancı bildirib ki, vaksinlər əvvəlcə laboratoriyada sınaqdan keçirilir. Sonra kiçik, daha sonra böyük qruplar üzərində sınaq aparılır: “Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. “Sinovac” şirkətinin son açıqladığı təsirlilik dərəcəsi 50 faizdən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Əsl önəmli olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

