Dünyada boyuzatma rekordunu yeniləyən azərbaycanlı travmatoloq-ortoped
20.04.2021 [08:34]
Hüseynəli İsmayılov: Dünya ortopediya və travmatologiya tarixində ilk dəfə olaraq əl və pəncə patologiyasının İlizarov və onun təkmilləşmələri üsulu ilə müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək elmi əsasını verdim
Bu gün xaric ölkələrdə bir çox soydaşlarımız öz elmi ixtiraları ilə rekord nailiyyətlər əldə edirlər. Bu baxımdan dünyada möcüzələr yaradan və görkəmli travmatoloq-ortoped kimi məşhur olan professor Hüseynəli İsmayılovun adı fəxrlə çəkilir. Qeyd edək ki, tibb elmləri doktoru, professor H.İsmayılov 1961-ci ildə Borçalı mahalının Dmanisi rayonunun Qızıl Kilsə kəndində dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunda ümumi cərrahlıq ixtisasına yiyələnən H. İsmayılov sonralar həyatını Kurqan şəhərində yerləşən və hazırda həmyerlimiz akademik İlizarovun adını daşıyan travmatologiya-ortopediya elmi mərkəzinə bağlayıb. 2003-cü ildə H.İsmayılov Rusiya prezidenti V.V.Putin tərəfindən Rusiyanın “Əməkdar səmərələşdiricisi” adına layiq görülüb. 2007-ci ildə isə o, Rusiyada elmin inkişafına göstərdiyi xidmətə və elmi ixtiralarına görə “Əməkdar elm və təhsil xadimi” adına, “Alfred Nobel” və “Vernadiski” qızıl medallarına layiq görülüb, adı Rusiyanın görkəmli alimlərinin internet ensiklopediyasına daxil edilib. Həmyerlimiz İlizarov adına fondun mükafatı laureatı, Pəncə və Pəncə-baldır üzrə Rusiya Cərrahiyə Cəmiyyətinin fəxri üzvü, Beynəlxalq və Ümumrusiya Estetik və Plastik Əl Cərrahiyyəsi Cəmiyyətinin, Dünya və Avropa Travmatologiya və Ortopediya Cəmiyyətlərinin, Amerika Travmatologiya və Ortopediya Cəmiyyəti Akademiyasının üzvü, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir. Professor H.İsmayılov hazırda Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəridir.
Ona niyə “İkinci İlizarov” adını veriblər?
H.İsmayılov öz peşəsinin ən yüksək səviyyəsinə çatması üçün hər zaman əzmlə çalışıb. O, akademik İlizarovun inam və etimadını qazanmaq üçün çətin elmi sınaqdan keçib. H.İsmayılov bu haqda fikirlərini belə izah edib: “Öncə, akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Elmi Mərkəzində fəaliyyətə başlamaq üçün böyük bir müsabiqədən keçməli oldum. Akademik İlizarov 100 namizəd arasından 7 nəfəri seçmişdi ki, onlardan biri də mən idim. Mən 1989-cu ildə Kurqanda klinik ordinaturanı bitirdikdən sonra Elmi Şuranın qərarına əsasən, aspiranturada saxlanıldım. Akademik İlizarov mənə özünün yeni başladığı travmatologiya-ortopediyanın ən çətin sahəsi olan əl və ayaq sümüklərinin patologiyası mövzusunda elmi iş üzərində işləməyi məsləhət gördü. Mənə qədər akademik İlizarov bu işi 3-4 nəfər elmi işçiyə və həkimlərə həvalə etmişdi, lakin onlar heç bir nəticə əldə edə bilməmişdilər.
Akademik İlizarov hələ aspiranturada oxuyarkən məni Əl və ayaq sümüklərinin patologiyası elmi qrupuna rəhbər təyin etmişdi. 1990-cı ildə akademik İlizarovla müştərək ixtiramın qeydə alınması məni daha da ruhlandırdı.
Yeni üsulla xəstə bir neçə dəfə əməliyyat olunmaqdan və yaxud da ayaq sümüklərinin 3-4 yerdən osteotomiya (sındırılma) olunmasından xilas olunurdu. 1993-cü ildə dissertasiya işimi müvəffəqiyyətlə tamamlayaraq elmlər namizədi adını qazandım. 2000-ci ildə isə doktorluq dissertasiyamı müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru dərəcəsini aldım.
Daha sonra mərkəzdə əl və ayaq sümüklərinin patologiyasının müalicəsi üzrə Elmi-klinik ortopediya şöbəsinin rəhbəri təyin olundum. Eyni vaxtda mərkəzin cərrahiyyə şurasının sədri, elmi tədqiqat komissiyasının, Elmi Şuranın və elmi müdafiə şurasının üzvü təyin olundum”.
Professor deyir ki, bu gün də İlizarov mərkəzinə baş çəkən dünya ortoped-travmatoloqlarını ən çox maraqlandıran əl və pəncə patologiyasının müalicə üsullarıdır: “Mən dünya ortopediya və travmatologiya tarixində ilk dəfə olaraq əl və pəncə patologiyasının İlizarov və onun təkmilləşmələri üsulu ilə müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək elmi əsasını verdim. Bu gün çox şadam ki, həmyerlimiz akademik İlizarovun işini və etimadını doğrultdum, eyni zamanda, ilk dəfə mərkəzdə bu sahə üzrə elmi klinik qrup yaradaraq İlizarovun arzularını həyata keçirdim. Əbəs deyil ki, buna görə mərkəzdə mənə “İkinci İlizarov” adını veriblər”.
Onu da deyək ki, H.İsmayılov travmatologiya sahəsində daha bir neçə yeniliklər edib. Onun tərəfindən 1994-cü ildən ilk dəfə kompleks müalicə sistemi tətbiq edilərək uşaq beyin iflici olan xəstələrin ortopedik problemləri həll edilib. Professor İsmayılov tərəfindən tətbiq olunmuş yeni kompleks müalicə üsulu bu problemlə üzləşən xəstələrin müalicəsində böyük imkanlar açdı. Bu komleks müalicə üsulu eyni vaxtda 10-12 əməliyyatı bir mərhələdə, dəri toxumalarda heç bir kəsik aparmamağa imkan verdi ki, bu da xəstələrin müalicə vaxtının qısalmasına, bərpa dövrünün kamil aparılmasına, onların tez və keyfiyyətli formada normal həyata qayıtmasına səbəb oldu. Bu üsulların nəticəsində, ümumiyyətlə, gəzə bilməyən və əlil arabasına möhtac olan minlərlə xəstə ayağa qalxıb gəzdi, çoxları isə tam bərpa olunaraq öz xəstəliklərini unutdular. Həmyerlimiz qeyd edir ki, bu xəstələrin çoxu əvvəllər dünyanın mötəbər klinikalarında dəfələrlə əməliyyat olunmalarına baxmayaraq, nəinki müsbət nəticə ala bilməmişdilər, əksinə dəridə böyük çapıqlara məruz qalaraq, problemlərini daha da ağırlaşdırmışdılar: “Yaxşı yadımdadır, klinikaya atasının qucağında gətirilən 22 yaşlı gənc oğlanın bir ildən sonra öz ayaqları üstündə qəbuluma gəlməyi yapon mütəxəssislərini necə də heyrətə salmışdı. Yaponiyanın baş ortopedinin stol altından vizit kartını mənə otürməyi də bir tarixdir. Kartın o biri üzündə yazılmışdı: “Sizi hər zaman Yaponiyada gözləyirik”. Mən isə öz doktorluq elmi işim üzərində işləməyə üstünlük verdim.
İlk dəfə olaraq Yaxın və Orta Şərqdə İlizarov üsulu ilə xəstələrin ambulator şəraitdə müalicə olunması prinsiplərini tətbiq etdim. Bu da müalicədə daha yaxşı nəticələrin alınmasında əsas şərtlərdən biridir. Daha bir ilkə imza ataraq akademik İlizarovun boyuzatma rekordunu (37 sm) keçərək, hollandiyalı qızın boyunu 41 sm uzatdım. İraqlı qızın boyunu isə 57 sm uzadaraq dünya rekordunu təzələdim.
“Doktor, mən ürəyimi sizə bağışlardım, ancaq bilirəm ki, götürməzsiniz. Çünki...”
H.İsmayılov hazırda elmi fəaliyyətini də davam etdirir. Belə ki, o, ümumi olaraq anadangəlmə və sonradan qazanılmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş 250-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 16 tədris kitabçasının, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və təkmilləşmələrin müəllifidir. Həmyerlimiz dünyanın 86 ölkəsinin (ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Türkiyə, İran və s.) mütəxəssislərinə İlizarov üsulunun öyrədilməsində iştirak edib. Əsas elmi ixtirası olan əl və ayaq xəstəliklərində və sınıqlarında böyük uğurla tətbiq edilən aparat Yaponiyada patent alıb. Həmçinin ortopediya və travmatologiya sahəsində müvəffəqiyyətlə istifadə olunan İranda etdiyi ixtirası isə 2008-ci ildə İsveçrədə keçirilən beynəlxalq müsabiqədə birinci yeri tutaraq fəxri mükafata layiq görülüb: “Bu qələbə İranın həm dini lideri, həm də prezidenti tərəfindən yüksək qiymətləndirildi. 1998-2001-ci illərdə Böyük Britaniyada ortoped-travmatoloqlara (87 nəfər) 3 ay müddətinə İlizarov metodu ilə müalisə üsulllarına yiyələnmək qaydalarını öyrətmişəm. Bu müddətdə 5 dəfə BBC-ə müsahibə vermişəm. İngiltərə Kraliça xəstəxanasının təşəkkürnamələrini almışam. İngiltərədə atdan yıxılıb baldırın açıq çat sınığı almış həmkarımın ayağını kəsilməkdən xilas etdim. Londonda Uşaq Kraliça xəstəxanasında anadangəlmə barmaqları olmayan 3 yaşlı uşağa barmaq düzəltdim...Bunlardan ən təsirlisi və Şotlandiyada mənə verilən ən qiymətli hədiyyə, anadangəlmə əl əyriliyindən əziyyət çəkən 13 yaşlı qız uşağının kompüterdə çəkdiyi şəkil və onun ürək sözləridir. Həmin qızın çəkdiyi şəkildə bu sözlər yazılmışdı: “Doktor, mən ürəyimi sizə ərməğan edərdim, ancaq bilirəm ki, götürməzsiniz. Çünki Siz özünüz insanlara həyat bəxş edirsiz”.
Həyat davam edir...
Professor İsmayılov özünün 34 illik həkimlik təcrübəsində tibbin sirlərini öyrənməklə yanaşı, bu sahəni tədris də edib. Onun rəhbərliyi altında və yaratdığı elmi klinik bazanın nəzdində çoxlu sayda elmlər namizədi işi, həmçinin doktorluq dissertasiyası müdafiə olunub. Vaxtilə çalışdığı institutda bu gün də onun elmi klinik konsepsiyaları əsasında tədris kitabçaları və hətta dünyanın bir çox dövlətlərində monoqrafiyalar çap olunur. Professorun özü də öyrənməkdən heç vaxt çəkinməmişdir. Ətrafların oynaqlarında və fəqərə sütununun sınıq və patologiyasının genış cərrahi və estetik müalicəsi üçün ABŞ-da, Rusiyada, Böyük Britaniyada, Almaniyada, Türkiyədə, İranda, İsveçrədə iştirak etdiyi kurs və seminarlarda aldığı nəzəri, klinik bilikləri praktikasında geniş istifadə edir. Bu gün professor İsmayılovun tədqiqat və müalicə işlərində sümük iltihabı, çürüməsi, xoş və bəd xassəli şişlər nəticəsində sümük və oynaqların total qüsurlarının bərpa olunması mühüm yer tutur.
Professor İsmayılovu travmatoloq-ortoped olaraq dünyanı ayağa qaldıran güc mərkəzinə bənzətmək olar. Öz sahəsində dünya rekordu edən belə bir insan təkcə Azərbaycan üçün deyil, bəşəriyyət üçün faydalıdır.
Fuad Hüseynzadə
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

