Sağçılar fraksiyası formalaşır...
11.07.2024 [10:40]
Avropa Parlamentinin mövqeyində dəyişiklik olacaqmı?
Avropa Parlamentinə keçirilən son seçkilərdə sağçı qüvvələrin qələbə qazanması Avropa İttifaqında siyasi proseslərə ciddi təsir göstərdi. Nəticələr bir sıra ölkələr üçün gözlənilməz olub. Belə ki, Fransa prezidenti Makronun partiyası Avropa Parlamentinə seçkilərdə üstünlük əldə edə bilmədi. Bu ölkədə ultrasağçı “Milli Birlik” partiyası qələbə qazanıb. Almaniyada mühafizəkar Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik bloku birinci yerdə qərarlaşıb. Federal kansler Olaf Şoltsun partiyası ultrasağçı Almaniya Naminə Alternativ (AfD) partiyasından sonra üçüncü yerdə qərarlaşıb. Polşada Baş nazir Donald Tuskun Vətəndaş Koalisiyası qalib gəlib. İkinci yerdə Anjey Dudanın “Qanun və ədalət” partiyası qərarlaşıb. Avstriyada da ultrasağçı Azadlıq Partiyası qalib gəlib.
İtaliyada da vəziyyət dəyişib - Baş nazir Giorgi Melonun “İtaliya Qardaşları” partiyası əvvəlki ümumavropa seçki kampaniyası ilə müqayisədə dörd dəfədən çox səs toplayıb. Əgər 2019-cu ildə cəmi 6,44 faiz səs almışdısa, bu dəfə partiya 28,59 faizlə seçkilərə liderlik edib. Beləliklə sağ qüvvələrin ən böyük uğurları ən böyük Avropa ölkələrini əhatə edib - Fransa, İtaliya və Almaniyanın sağ mərkəzçi qüvvələrinin sayı Avropa Parlamentindəki fraksiyalar üzrə 13 yer artıb.
“Politico” nəşrinin bugünlərdə yaydığı məlumata görə, Fransanın “Milli Birlik” sağçı partiyasından olan deputatlar Avropa Parlamentində (AP) Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə yaradılan “Avropa Vətənpərvərləri” sağçı qüvvələr alyansına qoşulacaqlar. Bildirilib ki, “Milli Birlik”dən olan qrup ilə birlikdə yeni sağçı partiyalar alyansı AP-də üçüncü böyük siyasi qüvvəyə çevriləcək. “Milli Birlik” parlament fraksiyasının rəhbəri Marin Le Penin nümayəndə heyətindən 30 deputat, hələ ki, sağçı “Kimlik və Demokratiya” fraksiyasının tərkib hissəsidir. Onların “Avropa Vətənpərvərləri”nə qoşulması Fransada növbədənkənar seçkilərin ikinci turunda məğlubiyyətdən sonra sarsılan “Milli Birliyin” özünün mövqeyini gücləndirəcək.
Bu seçkilər həm də ona görə xüsusi anlam daşıyırdı ki, BREXİT-dən sonrakı ilk Avroparlament seçkisi idi. Xatırladaq ki, Fransanın qatı sağçı “Milli Birlik” partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə 31,8 faiz səs toplayıb. Ümumiyyətlə, bir çox ekspertlər hesab edirlər ki, yeni tərkibli Avropa Parlamenti öz sələfinin siyasi kursunu davam etdirəcək. Yeni formalaşmış tərkibdə fərqli lobbilərin nümayəndələrinin təsirləri də açıq şəkildə hiss oluna bilər. Yəni müxtəlif məsələlərə yanaşmada qurumun qeyri-obyektiv sənədlər qəbul etməsi istisna deyil. Ən azı Azərbaycana qarşı indiyədək mövcud olan münasibət bunu deməyə əsas verir.
Nəzərə alsaq ki, Fransanın “Milli Birlik” sağçı partiyasından olan deputatlar Avropa Parlamentində Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə yaradılan “Avropa Vətənpərvərləri” sağçı qüvvələr alyansına qoşulacaq, bu amil qurumun Azərbaycana qarşı qərəzli mövqeyini müsbətə doğru dəyişə bilərmi? Çünki Macarıstanın Baş naziri Viktor Orban kifayət qədər obyektiv şəxsdir və Azərbaycanla çox yaxşı münasibətləri var.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Avropa Parlamenti hər zaman ölkəmizə qarşı qərəz nümayiş etdirib və təşkilat dəfələrlə Azərbaycanla bağlı obyektivlikdən uzaq qətnamələr qəbul edib. Lakin təşkilatda Ermənistanın 30 illik işğalçılıq siyasəti ilə bağlı bir dəfə olsun hansısa sənəd qəbul olunmayıb. Əksinə, iki il öncə Ermənistanın baş naziri Avropa Parlamentinə dəvət olundu və “təntənə” ilə qarşılandı. Onun sözlərinə görə, Avropa Parlamenti həmin dövrdə erməni lobbisinin təsiri ilə ölkəmizə qarşı demokratiya və insan haqları ilə əlaqədar həqiqətdən uzaq sənədlər qəbul edirdi: “Bunun da səbəbi aydın idi. Çünki məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq idi. Müstəqillik dövrümüzdə təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib. Yəni, Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra isə bu qurum Ermənistandan “məzlum” obrazı yaratmaqla məşğuldur. Nə qədər paradoksal olsa da, Avropa Parlamenti Azərbaycanı “işğalçı” kimi təqdim etməyə çalışır. Təşkilatın qətnamələrində Ermənistana və Qarabağ separatçılarına “sonsuz məhəbbət” öz əksini tapır”.
Politoloq hesab edir ki, bütün bunlar bu təşkilatın demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir, həmçinin bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir. Maraqlı olan hal budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, Avropa İttifaqı Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, bunun əksinə olaraq AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir. Əslində, bu mövqeyi ilə Avropa Parlamenti erməni lobbisinin əlində alətə çevrildiyini çoxdan sübut edib.
“Fransanın radikal sağçı “Milli Birlik” partiyasının Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə yaradılan “Avropa Vətənpərvərləri” sağçı qüvvələr alyansına qoşulmasına gəlincə, düşünürəm ki, bu amil bütövlükdə Avropa Parlamentinin ümumi mövqeyinə təsir etməyəcək. Çünki say baxımından alyansın üzvləri səsvermə prosesi zamanı üstünlüyə malik deyil. Digər tərəfdən, Fransanın “Milli Birlik” partiyasının lideri Le Penin qatı ermənipərəst olması hamımıza məlumdur. Doğrudur, Viktor Orban Azərbaycanın dostudur və onun rəhbərlik etdiyi partiyanın üzvləri Avropa Parlamentində ölkəmizə qarşı məsələlərdə etiraz səslərini ucaldacaqlar. Onların alyansına qoşulan müxtəlif partiyaların nümayəndələri də böhtan xarakterli sənədlərə səs verməyə bilərlər. Yəni, sözügedən məsələ Azərbaycana qarşı çıxan avroparlamentarilərin sayının azalmasına səbəb ola bilər. Bu, özlüyündə müsbət hadisədir. Digər tərəfdən, Macarıstanın hakim partiyasının Avropa Parlamentində təmsil olunan üzvləri və onların tərəfdaşları Azərbaycanın maraqlarının qorunması baxımından müxtəlif layihələr təklif edə və müzakirəyə çıxara bilərlər”,- deyə R.Alıyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

