“YAP gənclərin gözü ilə”
20.10.2012 [18:47]
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə partiyanın yaranmasının 20-ci ildönümünə həsr olunmuş “YAP gənclərin gözü ilə” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda YAP Suraxanı rayon təşkilatının İdarə Heyətinin üzvləri, partiyanın fəal gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov bildirib ki, Azərbaycan xalqı bu günlərdə müstəqilliyinin bərpasının 21-ci və Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd etməkdədir. Müstəqilliyimizin bərpa olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu deyən F.Rəsulovun sözlərinə görə, Ulu öndər hələ Sovet dövründə Azərbaycana rəhbərlik edən zamanlardan ölkəmizin müstəqilliyi üçün zəmin hazırlayıb. O, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatında xüsusi rol oynadığını qeyd edib.
YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Zəkiyyə Musayeva bildirib ki, bu günün gənci baş verən hər bir hadisəyə reallıq müstəvisində yanaşır: “Bu reallıq Azərbaycanın inkişafı və tərəqqisidir. Bizlər məhz bu inkişafın, bu tərəqqinin davamlı olması üçün, hər zaman fəallığımızı nümayiş etdirməliyik. Eyni zamanda, bildirmək istərdim ki, Yeni Azərbaycan Partiyasının hər bir qələbəsində gənclərin də payı var”.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov isə qeyd edib ki, Ümummilli lider Heydər Əliyev xalqımızın müstəqillik qazanması istiqamətində yorulmadan fəaliyyət göstərib. “Azərbaycan bütün sahələrdə inkişaf etməklə bir daha dünyaya sübut etdi ki, müstəqilliyimiz əbədidir. Qeyd etmək istərdim ki, bu gün Azərbaycan həm də idman sahəsində uğurlu inkişaf yolunu keçməkdədir. London Olimpiya Oyunlarındakı uğurlu çıxışlar bunu bir daha deməyə əsas verir”.
YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Tünzalə Əliyeva isə çıxışında bildirib ki, bu gün Azərbaycanda gedən yüksək inkişaf hər bir vətəndaşda qürur hissi yaradır: “Əlbəttə ki, bizim hər birimiz Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyəcək, Onun ətrafında daha sıx birləşəcəyik”.
Daha sonra çıxış edən fəal gənclər Sevinc Qasımlı, Ceyhun Şiriyev, Kənan Kərimov, eləcə də, rayon İcra Hakimiyyətinin baş təlimatçısı Nazim Fətullayev qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının 20 illik uğurlu fəaliyyəti məhz Azərbaycan dövlətinin və xalqının uğuru kimi qiymətləndirilir.
Konfransın sonunda bir qrup gənc partiya sıralarına qəbul edilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10

