Qubadlılar torpaqlarının erməni işğalından azad edilməsinin sevincini qeyd edirlər
23.10.2024 [16:50]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatını sədri
Silahlı qüvvələrimiz uğurlu hərbi əməliyyatlarını davam və inkişaf etdirərək, 2020-ci ilin sentyabrın 27-də başlanan tarixi əks-hücumun 27-ci günü oktyabrın 23-də Qubadlıya daxil olaraq, rayon ərazisini Ermənistan silahlı qüvvələrindən təmizləməyə başladı. Həmin gün Qubadlının Zilanlı, Kürdmahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğalçı tapdağından azad edildi.
Vətən müharibəsinin 29-cu günü oktyabrın 25-də isə müzəffər silahlı qüvvələrimiz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğalçılardan təmizlədi. Şəhərin azad edildiyini Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev özünün “twitter” hesabından və televiziya çıxışında elan etdi. O həyəcanlı günləri yaxşı xatırlayırıq. Prezidentin müharibə dövrü öz sosial media hesablarından etdiyi paylaşımlar, televiziya ilə xalqa müraciətləri ən yeni dövr tariximizin unudulmaz qızıl səhifələridir! Qubadlı rayonunun tam azad edilməsi əməliyyatı bir neçə gün çəkdi.
Qırx dörd günlük müharibə başa çatdıqdan sonra cənab Prezident bir sıra mühüm dövlət təltifləri barədə sərəncam imzaladı. Prezidentin təşəbbüsü ilə noyabrın 26-da təsis olunmuş yeni dövlət təltiflərindən biri də “Qubadlının azad olunmasına görə” medalıdır. Bu medal Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımıza Azərbaycan Prezidentinin sərəncamı ilə verilir. Bu medalla Silahlı Qüvvələrimizin 15189 hərbi qulluqçusu təltif olunub.
Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Qubadlı şəhərinin azad edilməsinin zəfərimizi daha da yaxınlaşdırdığı öz təsdiqini tapmış hadisədir. Bəli, Qubadlı azad olunub, bu mübarək gündən dörd il ötür. Ancaq Qubadlının işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərəri bərpa etmək çox vaxt alacaq. Bir sıra itkilərin yerini doldurmaqsa, sadəcə, mümkünsüzdür.
Prezident İlham Əliyev digər azad edilmiş ərazilər kimi Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də İkinci Qarabağ müharibəsində hər bir yaşayış məntəqəsinin azad edilməsinin tarixi hadisə olduğunu qeyd edərək bildirdi ki, döyüşlərdə Azərbaycan Ordusu ancaq irəli gedirdi. İlk gün 4 kəndin azad olunması xalqımıza çox böyük sevinc bəxş etdi. Bu, uzun illərdən sonra hamımızın yaşadığı qələbə xoşbəxtliyi idi.
Yeri gəlmişkən, burada onu da deyək ki, dövlətimizin başçısı bütün çıxışlarında, görüşlərində Qarabağ uğrunda şəhadətə yüksələn şəhidlərimizin xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyərək, fədakarlıqları, qəhrəmanlıqları sayəsində tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırır.
Artıq dördüncü ildönümünü qeyd etdiyimiz 44 günlük müharibə ilə biz yalnız işğalçıları “iti qovan kimi” qovmadıq, bir çox mətləblərə aydınlıq gətirdik, işğalın, işğalçıların anatomiyasını üzə çıxardıq: Ermənistan, bütövlükdə dünya erməniliyi 44 günün sonunda təkzibolunmaz faktlarla üz-üzə qaldı.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

