Füzulidə Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilib
23.07.2013 [10:46]
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının fəalları ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə bu ilin oktyabrında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, YAP rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələr müzakirə olunub.
Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bu siyasi qurumun rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışıb. Bildirib ki, öz sıralarını daim genişləndirən təşkilatda bu gün 2162-si qadın, 1399-u gənc olmaqla 5500 nəfər partiya üzvü birləşir. YAP Füzuli rayon təşkilatı öz fəaliyyətini nizamnamə tələbləri və Seçki Məcəlləsi əsasında qurmaqla partiyanın namizədinin seçkilərdə qələbə çalması üçün bütün qüvvələri səfərbər edəcək.
Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova və YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan, həyata keçirilən sosial layihələrdən söz açıb, görülən işlərin xalq tərəfindən rəğbətlə qarşılandığını bildiriblər. Natiqlər qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar görüləcək işlərdən, xüsusilə təbliğat-təşviqat kampaniyasının aparılmasından ətraflı danışıb, partiya fəallarının vəzifələri ilə bağlı müvafiq tövsiyələr veriblər.
Görüşdə rayon ictimaiyyətinin nümayəndələri və YAP rayon təşkilatının fəalları çıxış edərək Füzuli rayonunda gedən sosial-iqtisadi inkişafı, aparılan geniş tikinti-quruculuq işlərini və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işləri dövlətimizin başçısının diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər. Bildiriblər ki, füzulililər qarşıdan gələn seçkidə də Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02

