20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Qələbədən İnkişafa Doğru
19.09.2025 [13:27]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması istiqamətində tarixi əhəmiyyətə malik addımlardan biri də 2023-cü ilin sentyabrında atıldı. 20 sentyabr tarixi – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altında tam nəzarətə götürülməsi ilə Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Bu gün, hər il "Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü" kimi qeyd olunur və bu torpaqlarda dövlətçiliyin bərpası, milli həmrəylik və qürur simvolu kimi əlamətdar tarixə çevrilib.
2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən tarixi Qələbənin üçüncü ildönümünə həsr olunan hərbi parad ilk dəfə olaraq Xankəndi şəhərində keçirildi. Bu parad Azərbaycan Ordusunun gücünü, qətiyyətini və müasir hərbi potensialını nümayiş etdirməklə yanaşı, Xankəndinin Azərbaycanın suveren şəhəri olduğunu bir daha bütün dünyaya bəyan etdi. Parad, ölkəmizin ərazi bütövlüyü və milli qürurunun simvoluna çevrildi.
Azad olunmuş ərazilərdə həyatın bərpası təkcə infrastrukturla məhdudlaşmır. Qarabağın intellektual və mədəni inkişafına töhfə vermək məqsədilə Qarabağ Universitetinin yaradılması qərarı da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu ali təhsil ocağı bölgənin sosial-iqtisadi və elmi potensialını artıracaq, gənc nəslin inkişafına mühüm töhfə verəcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xocavənd rayonuna etdiyi çoxsaylı səfərlər bu bölgənin strateji və mədəni əhəmiyyətini bir daha vurğulayır. Aşağıdakı tarixi səfərlər, Xocavəndin planlı şəkildə bərpasını və inkişafını əks etdirir:
Böyük Tağlar, Edilli, Düdükçü, Tuğ, Azıx kəndlərinə səfərlər və orada tarixi abidələrlə tanışlıq;
Hadrut qəsəbəsində Dövlət Bayrağının ucaldılması və yeni yol layihələrinin təməli;
Azıx mağarası və alban məbədlərinin qorunması yönündə addımlar.
Hadrut qəsəbəsində hərbi hissənin açılışı;
Məktəb, inzibati mərkəz və yaşayış məhəllələrinin təməlatma mərasimləri;
“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı;
Hadrutun turizm inkişaf konsepsiyasının təqdimatı;
Qırmızı Bazar və digər yaşayış məntəqələrinə baxış.
Hadrut qəsəbəsində yeni məscidin açılışı;
Qırmızı Bazar və Sos kəndlərinin sakinləri ilə görüşlər, bölgənin sosial-mədəni həyatında dönüş nöqtəsi oldu.
20 sentyabr tarixi yalnız hərbi-siyasi qələbə ilə deyil, həm də bərpa, inkişaf və gələcəyə inamla seçilən bir mərhələnin başlanğıcıdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün artıq müasir Azərbaycanın ayrılmaz hissəsi kimi sürətlə dirçəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində bu bölgələrdə dövlət quruculuğu, infrastruktur, sosial rifah və mədəni həyat tam bərpa olunur.
Bu gün bu torpaqlarda yüksələn bayraq, tikilən məktəblər, salınan yollar və qayıdan həyat göstərir ki, Azərbaycan xalqının tarixi ədaləti bərpa olunub və bu torpaqlarda sabitlik və firavanlıq hökm sürəcək.
Kənan Quliyev,
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxAnalitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38

