Milli həmrəylik ruhu və davamlı inkişafın təzahürü
23.09.2025 [12:28]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi uzunmüddətli və çətin bir mübarizənin nəticəsidir. Minlərlə igid vətənpərvərin canları və qanları bahasına başa gəlmiş bu hadisə, eyni zamanda Ermənistan və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq tarixi bir hadisəyə imza atmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu faktor İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsinin mühüm təzahürü oldu. Şuşa şəhərinin azad olunması və düşmən ordusunun təslim olması xalqın uzun illər ərzində gözlədiyi torpaqların işğaldan azad olunmasını təmin etdi və milli ruhun güclənməsinə xidmət etdi.
Azad edilmiş ərazilərin iqtisadi və sosial potensialını artırmaq məqsədilə 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Bu ali təhsil müəssisəsi bölgədə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir və elmi-təhsil potensialının inkişafında mühüm rol oynayır.
Həmçinin 2023-cü il dekabrın 5-də mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bu addım bölgədə inzibati və sosial infrastrukturun inkişafına zəmin yaratdı, eyni zamanda əhalinin rahat yaşayış şəraitinin təmin edilməsinə imkan verdi.
Azad edilmiş bölgələrdə mədəniyyət və idman həyatının bərpası da prioritetlər sırasındadır. 2023-cü il dekabrın 21-də Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsi keçirildi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsində keçirilən ilk rəsmi futbol oyunu olmaqla, həm də bölgədə normal həyatın, sosial və mədəni fəaliyyətin bərpasının göstəricisi oldu.
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının qəhrəmanlıq tarixinin və tarixi zəfərin rəmzidir. Bu gün həm də azad edilmiş bölgələrin sürətli inkişafının, təhsil, iqtisadiyyat, idman və mədəniyyət sahələrində həyata keçirilən layihələrin göstəricisidir. Hər bir səfər, hər bir açılış və hər bir layihə regionun yenidənqurulmasının və xalqın rifahının təmin olunmasının mühüm elementidir.
20 sentyabr həm tarixdə, həm də gələcək nəsillər üçün milli qürurun, ərazi bütövlüyünün və davamlı inkişafın əbədi simvolu olaraq qalacaq. Həmin gün hər bir vətəndaş üçün milli birlik, qəhrəmanlıq və müqəddəs Vətən sevgisinin təzahürüdür.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

