Qubadlının azadlığı xalqımızın birlik və qəhrəmanlığının parlaq təntənəsidir
22.10.2025 [21:52]
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində 25 oktyabr tarixi əbədi olaraq Qubadlının azad olunduğu gün kimi qızıl hərflərlə yazılıb. Bu gün yalnız bir şəhərin deyil, bütöv bir xalqın azadlıq arzularının gerçəkləşdiyi, 27 illik həsrətin sona çatdığı gündür. 2020-ci il Vətən müharibəsinin 29-cu günü Qubadlı şəhəri qəhrəman Azərbaycan Ordusunun şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində düşmən işğalından azad edilərək tarixə Zəfər simvolu kimi daxil oldu.
Qubadlı əməliyyatı İkinci Qarabağ müharibəsinin ən gərgin və həlledici döyüşlərindən biri idi. Düşmən illərlə bu ərazidə güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə möhkəmlənmişdi. Lakin qəhrəman Azərbaycan əsgərləri fədakarlıq, vətən sevgisi və yüksək peşəkarlıq nümayiş etdirərək bu sədləri yardı, mühüm strateji nöqtələri ələ keçirdi və 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərini tamamilə düşməndən təmizlədi. Bu tarixi qələbə ümumi Zəfərin əsas mərhələlərindən biri olaraq Böyük Qələbəyə aparan yolun istiqamətini müəyyənləşdirdi.
Qubadlının azad olunması həm də Ermənistanın illərlə törətdiyi vandalizmin, işğal cinayətlərinin miqyasını üzə çıxardı. Şəhər və kəndlərdə dağıdılmış evlər, yandırılmış təsərrüfat sahələri, məhv edilmiş mədəni abidələr düşmənin barbar mahiyyətini bir daha nümayiş etdirdi. İşğal dövründə qanunsuz məskunlaşdırma siyasəti aparan Ermənistan beynəlxalq hüququ açıq şəkildə pozmuşdu. Amma bu torpaqların hər qarışı uğrunda canını fəda edən qəhrəmanların qətiyyəti sayəsində ədalət bərpa olundu.
Qubadlının azad edilməsi barədə müjdəni Azərbaycan xalqına məhz Prezident İlham Əliyev çatdırdı. Dövlət başçısının sözləri xalqda böyük sevinc və qürur hissi yaratdı – çünki bu qələbə minlərlə şəhidin qanı, xalqın birliyi və dövlətin gücü hesabına qazanılmışdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin dekabrında Qubadlıya səfər edərək şəhərdə Azərbaycan bayrağını ucaltdılar. Bu hadisə həm Qubadlı, həm də bütün Azərbaycan üçün yeni bir mərhələnin başlanğıcı idi.
İşğaldan azad edildikdən sonra Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli “Qubadlı” yarımstansiyasının açılışı, rayonun enerji təminatının tam bərpası bu istiqamətdə atılmış ilk böyük addımlardan oldu. Bununla yanaşı, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Qubadlıya qədər 76 kilometrlik yüksəkgərginlikli elektrik xətləri çəkilib. Bu xətlər boyunca fiberoptik kabel də çəkilərək həm enerji, həm də sürətli internet bağlantısı təmin edilib.
Prezident İlham Əliyevin 2023-cü il 5 sentyabr tarixli sərəncamı ilə “Yeni Qubadlı–Laçın avtomobil yolunun” layihələndirilməsi və tikintisi üçün 20 milyon manat vəsait ayrılıb. Bu layihə bölgənin sosial-iqtisadi inkişafına, eləcə də köç prosesinin sürətlənməsinə mühüm töhfə verir. Eyni zamanda Mahruzlu və Zilanlı kəndlərində fərdi evlərin tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, sosial infrastrukturun yaradılması istiqamətində də əhəmiyyətli işlər görülür.
2025-ci il 9 sentyabr tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” rayonun gələcək inkişaf strategiyasını müəyyənləşdirir. Plan çərçivəsində Qubadlı müasir texnoloji şəhər kimi formalaşacaq, ekoloji tarazlığın bərpası və yaşıllıq sahələrinin artırılması istiqamətində tədbirlər görüləcək. Şəhərin tarixi simasını qorumaqla yanaşı, müasir memarlıq üslubunda yeni yaşayış massivləri, məktəblər, mədəniyyət və idman obyektləri inşa edilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu quruculuq proqramı “Böyük Qayıdış” siyasətinin real təcəssümüdür. Qubadlı artıq bərpa olunan şəhər olmaqla yanaşı, dirçəlişin, yenidənqurmanın və dövlətin gücünün rəmzinə çevrilib. Burada görülən işlər bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş torpaqlara həyat, işıq və gələcək gətirir.
Azərbaycan Respublikasının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın yaddaşında azadlıq, qürur və yenidən doğuluş rəmzi kimi əbədi yaşayacaq. Qubadlının azadlığı təkcə bir şəhərin xilası deyil, həm də Azərbaycan xalqının birliyinin, Ordusunun gücünün və dövlətinin qətiyyətinin təntənəsidir.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

