Mərhəmətə söykənən güc
18.12.2025 [22:29]
15 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin humanist mahiyyətini, hüquqi-siyasi inkişaf xəttini və milli-mənəvi dəyərlərə söykənən idarəetmə fəlsəfəsini bir daha aydın şəkildə nümayiş etdirir. Bu təşəbbüs Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin, insan hüquq və azadlıqlarına hörmətinin, cəmiyyətin sosial ədalət prinsipləri əsasında inkişafına verdiyi önəmin bariz ifadəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və amnistiya institutuna mütəmadi müraciət də məhz bu yanaşmanın təzahürüdür. Amnistiya təşəbbüsü cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən, sosial ədalətin və mərhəmətin təcəssümü kimi çıxış edən mühüm hüquqi aktdır. Bu çərçivədə amnistiyanın şamil olunacağı şəxslər sırasında az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslər, qadınlar, azyaşlı uşaqları olan valideynlər, yaşı 60-dan yuxarı şəxslər, birinci və ikinci qrup əlilliyi olan məhkumlar, habelə müharibə iştirakçıları və Vətən qarşısında xüsusi xidmətləri olan şəxslər yer alır. Bu yanaşma bir tərəfdən cəzanın humanistləşdirilməsinə xidmət edir, digər tərəfdən isə islah və cəmiyyətə reinteqrasiya prinsiplərini ön plana çəkir. Dövlət bununla göstərir ki, məqsəd yalnız cəzalandırmaq deyil, eyni zamanda səhv etmiş insanlara yeni bir şans vermək, onları sağlam sosial mühitə qaytarmaqdır. Prezident İlham Əliyevin təşəbbüsləri Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişafını təmin edən möhkəm ənənələrə söykənir. Konstitusiyaya, qanunun aliliyinə və suverenlik prinsipinə əsaslanan bu siyasət hüquqi dövlət quruculuğunun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsini təmin edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi xüsusi rəmzi məna daşıyır. Bu addım göstərir ki, dövlətin gücü yalnız sərt idarəetmədə deyil, həm də mərhəmət, ədalət və humanizm kimi ali dəyərləri qoruyub yaşatmaq bacarığındadır. Məhz bu balanslı yanaşma Azərbaycanı regionda və beynəlxalq müstəvidə etibarlı, güclü və sabit tərəfdaş kimi tanıdır. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Sosial rifahın yüksəldilməsi, aztəminatlı ailələrə qayğı, şəhid ailələri və qazilərə dövlət dəstəyinin gücləndirilməsi, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə yanaşı, amnistiya və əfv təşəbbüsləri də bu xəttin ayrılmaz tərkib hissəsidir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, insan ləyaqətinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritetidir. Amnistiya aktları isə bu prinsiplərin real həyatda tətbiqinin hüquqi mexanizmlərindən biridir. Müstəqil Azərbaycanın tarixində elan edilən amnistiyalar arasında “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən təşəbbüs miqyasına və əhatə dairəsinə görə ən böyük amnistiyalardan biri kimi qiymətləndirilir. Bu təşəbbüs minlərlə ailəyə sevinc, ümid və inam bəxş edir, cəmiyyətdə dövlətə olan etimadı daha da möhkəmləndirir. Eyni zamanda, bu addım hüquq-mühafizə və məhkəmə sistemində aparılan islahatların humanist mahiyyətini tamamlayır, cəza siyasətində mütərəqqi yanaşmanın tətbiq olunduğunu təsdiqləyir. Ümumilikdə, 12 amnistiya aktının qəbul edilməsi və 71 əfv sərəncamının imzalanması Azərbaycan dövlətinin humanizmə, mərhəmətə və sosial ədalətə verdiyi dəyərin statistik ifadəsi deyil, dərin məzmunlu siyasi-fəlsəfi xəttin göstəricisidir. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan güclü dövlət olmaqla yanaşı, eyni zamanda insanı, onun taleyini və gələcəyini ön planda tutan bir ölkədir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi də məhz bu strateji baxışın, milli dövlətçilik düşüncəsinin və ümumbəşəri humanizm ideallarının məntiqi davamıdır.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

