Azərbaycanı sülh və sabitlik adasına çevirən lider: 22 illik salnamənin uğur strategiyası
19.12.2025 [15:02]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Cənab Prezident İlham Əliyevin 22 illik rəhbərliyi dövrü Azərbaycanın müxtəlif sahələrdə yaşadığı geniş inkişafın, sabitliyin və uğurların geniş spektrini əhatə edir. Bu illər ərzində ölkəmiz təkcə regional bir qüvvə kimi deyil, həm də qlobal miqyasda nüfuzlu bir dövlət kimi qəbul edilib. Siyasi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilən siyasət Azərbaycanı müasir dövrün tələblərinə uyğunlaşdırdı. Milli qüruru yüksəltmiş və gələcəyə inam aşılayıb.
Bu illər təkcə bir dövlət başçısının fəaliyyəti ilə ölçülmür, həm də müstəqil Azərbaycanın siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz baxımından keçdiyi böyük bir yolun göstəricisidir. 22 il əvvəlki Azərbaycanla bu günkü Azərbaycan arasında çox böyük fərqlər var — həm sosial müstəvidə, həm iqtisadi göstəricilərdə, həm də beynəlxalq arenada.
2003-cü ildə İlham Əliyev prezident seçiləndə ölkə iqtisadiyyatı əsasən neft sektoruna söykənən, infrastrukturu köhnəlmiş, sosial problemləri isə kifayət qədər dərin olan bir vəziyyətdə idi. Lakin bu illər ərzində iqtisadi islahatlar, müasir idarəetmə mexanizmləri və beynəlxalq enerji layihələri sayəsində Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrildi.
Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi sabitliyin nümunəvi modelinə çevrildi. Ulu öndər Heydər Əliyevin qoyduğu dövlətçilik prinsipləri qətiyyətlə davam etdirilərək, ölkədə hüquqi dövlətin formalaşması, demokratiya institutlarının gücləndirilməsi və milli birliyin təmin edilməsi kimi prioritetlər ön plana çıxarılıb.
Bu siyasət nəticəsində Azərbaycan daxili konfliktlərdən uzaq, sabit inkişaf yolu tutmuş, xalqın birgə iradəsi ilə idarə olunan güclü bir dövlət strukturu qurub.
Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan iqtisadi, hərbi və siyasi baxımdan möhkəmlənir, əhalinin rifahı yüksəlir, dövlətin nüfuzu artır. Bu gün Azərbaycan sübut edir ki, müstəqil siyasət yürütmək, öz maraqlarına əsaslanan qərarlar qəbul etmək mümkündür.
Dünya miqyasında müharibələrin, qarşıdurmaların artdığı bir dövrdə ölkəmiz sabitlik, inkişaf və təhlükəsizlik məkanı kimi fərqlənir. Bu isə bir daha göstərir ki, cənab Prezidentin ağıllı, məqsədyönlü və sistemli siyasəti Azərbaycanı regionun və dünyanın aparıcı ölkələrindən birinə çevirir.
Bu gün Azərbaycan Qərblə münasibətlərində mühüm rol oynayır, eyni zamanda Yaxın Şərqdə, Afrikada və dünyanın müxtəlif bölgələrində fəal diplomatik xətt yürüdür. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində biz bu qələbələri, bu inkişafı yaşayırıq.
Bu gün Qarabağ yenidən qurulur, dirçəlir və daha da inkişaf edir. Azərbaycan möhkəmlənir, güclənir və gələcəyə inamla addımlayır.
2003-cü ildə Azərbaycanın ÜDM-i 8 milyard dollar civarındaydısa, bu gün 80 milyard dollara yaxınlaşır. Eyni zamanda, valyuta ehtiyatları 3 milyard dollardan 70 milyard dollara qədər artıb. Bu, ölkənin iqtisadi müstəqilliyinin və maliyyə dayanıqlığının göstəricisidir.
Əhalinin gəlirləri dəfələrlə artıb, maaş və pensiya sistemində ciddi artımlar baş verib. Minlərlə kilometr yollar, körpülər, tunellər, hava limanları və yeni sənaye parkları inşa olunub. Kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika və qeyri-neft sənayesi sürətlə inkişaf edib.
“ASAN xidmət” kimi innovativ idarəçilik modelləri Azərbaycan brendi kimi dünyaya təqdim olunub. Ölkə artıq təkcə enerji ixrac edən bir dövlət deyil, həm də texnoloji və nəqliyyat qovşağına çevrilib
Xüsusilə Qarabağ məsələsi bu fəaliyyətin ən parlaq və simvolik hissəsi olaraq, Cənab Prezidentin uzaqgörən liderliyinin və milli iradəsinin ən böyük təzahürü kimi ön plana çıxır. Qarabağın azad edilməsi və bərpası prosesi təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın bütün fəaliyyətinin ümumi məqsədini — müstəqilliyin, ərazi bütövlüyünün və inkişafın müdafiəsini — əks etdirən geniş bir hekayədir.
Beynəlxalq arenada isə ölkəmiz müstəqil xarici siyasət yürüdən, öz maraqlarını qoruyan və tərəfdaşlarına etibarlı olan bir aktor kimi tanınmışdır. Bu ümumi siyasət çərçivəsində Qarabağ məsələsi xüsusi yer tutur: İllər boyu davam edən münaqişə qarşı göstərilən səbirli, amma qəti diplomatik mövqe Azərbaycanın beynəlxalq hüququn müdafiəçisi kimi mövqeyini gücləndirib.
Qarabağın azad edilməsi prosesi bu siyasi sabitliyin zirvəsi olmuş, ölkənin suverenliyini tam təmin edərək, regional sülhün açarını Azərbaycan əlində saxlamışdır.
Bu illər ərzində Azərbaycan öz torpaqlarını azad etdi. Bugün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü və strateji baxışını bir daha göstərir. Bütün bu reallıqlar fonunda demək olar ki, 22 il ərzində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş, regionda isə sabitlik adası kimi qəbul olunur.
Güclü, qüdrətli, iqtisadi cəhətdən dayanıqlı və sərhədləri bütöv bir ölkənin vətəndaşı olmaqdan böyük xoşbəxtlik yoxdur. İlham Əliyev Ulu Öndərdən sonra belə bir Azərbaycanı bizə bəxş edib. Son illərdə Azərbaycanın beynəlxalq arenada fəallığı və nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.
İlham Əliyevin balanslı xarici siyasəti nəticəsində Azərbaycan Rusiya, ABŞ, Avropa İttifaqı və Türk dövlətləri ilə strateji münasibətlər qurub. Ölkə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda fəal iştirak edir.
Son illərdə keçirilən beynəlxalq tədbirlər və görüşlər Azərbaycanın qlobal səviyyədə nüfuzunun artdığını göstərir. Cənab Prezidentin fəaliyyəti Azərbaycanın gücünü, nüfuzunu və sabitliyini təmin edən əsas sütundur. Bu liderlik irsi gələcək nəsillər üçün də örnək olacaq.
Azərbaycanın indiki qədər real gücə malik olması heç zaman olmamışdır. Son 22 ildə ölkəmiz böyük nailiyyətlər əldə edib. Bu uğurlar İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının, əsgərinin və vətəndaşının birgə səyləri ilə mümkün olub. Azərbaycanın strategiyasını quran və hədəfə aparan şəxs İlham Əliyevdir.
Bir sözlə, cənab president İlham Əliyev Azərbaycanı sülh və sabitlik adasına çevirən liderdir. Bu, həm də 22 illik salnamənin şanlı uğur strategiyasıdır.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

