Azərbaycanın rolu daha da böyük olacaq
07.01.2026 [12:13]
Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev ölkəmizin enerji siyasətindən geniş bəhs etdi. Ölkə başçısı həm ənənəvi enerji, həm də bərpaolunan enerji mənbələrinin əhəmiyyətindən, həyata keçirilən layihələrdən danışdı.
Məlum olduğu kimi həcm və coğrafiya baxımından ölkəmizin qaz ixracı artır. Azərbaycan indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz edib. Ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il ölkəmizin ixracı artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub. Bu artımın iki mənbəyi var. Birincisi bərpaolunan enerjidir. Bərpaolunan enerji nə qədər çox olsa, ixrac üçün o qədər çox qaza qənaət etmək olar. İkincisi, mövcud və yeni yataqlardan yeni hasilatın olmasıdır.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev qeyd etdi ki, “Azəri-Çıraq-Günəşli” dərin qaz yatağından yeni hasilat gözlənilir. Hazırda bu yataqdan çoxlu neft hasil edilir, həmçinin dərində böyük qaz yataqları var. Həmçinin qarşıdakı illərdə “Şahdəniz”də əlavə həcmdə qaz təmin edəcək yeni mərhələnin başlanmasını gözlənilir ki, bu, “Şahdəniz Kompressiya” adlanır. Müsahibəsində Prezident İlham Əliyev “Babək” və “Abşeron” yataqlarının potensialına da diqqət çəkdi.
Ölkə başçısı vurğuladı ki, Suriya ötən il ölkəmizin yeni tərəfdaşı oldu. Müxtəlif hesablamalara görə, Azərbaycan qazı onlara elektrik enerjisi çatışmazlığını gündə təxminən 4 saatadək azaltmaq imkanı verir. Şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki müştərilərimizin əksəriyyəti Avropa İttifaqının üzvləridir. Bütün bunlar çox müsbət amillərdir.
Neft və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə yatırırlar. Müsahibəsində ölkə başçısı bildirdi ki, hazırda Avropa təsisatları anlayırlar ki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və praqmatik, realist yanaşma əsas götürülməlidir. Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi ölkəmizin rolu yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, Azərbaycanın rolu daha da böyük olacaq.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24

