Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır
06.03.2026 [14:34]
Bünyad Süleymanlı
YAP Şərur rayon təşkilatının mühasibi
Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik olmaqla yanaşı, Avropa ilə Asiya arasında mühüm enerji körpüsü funksiyasını yerinə yetirir. Ölkəmiz həm öz enerji resurslarını dünya bazarına çıxarır, həm də region ölkələri üçün etibarlı tranzit məkanı kimi çıxış edir. Bu faktor ölkənin regional və beynəlxalq səviyyədə iqtisadi mövqeyini gücləndirir. Azərbaycan zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, eyni zamanda bu ehtiyatların beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edən etibarlı tranzit ölkədir. Bu amillər ölkənin iqtisadi inkişafında, regional əməkdaşlıqda və beynəlxalq nüfuzunda mühüm yer tutur. Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, əsasən də Xəzər dənizi hövzəsində yerləşməsi və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində olması ölkəni strateji enerji qovşağına çevirmişdir.
Azərbaycanın enerji ixracında mühüm mərhələ Əsrin müqaviləsi ilə başlamışdır. Bu müqavilə Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirmiş və iri infrastruktur layihələrinin əsasını qoymuşdur. Müstəqillik dövründə həyata keçirilən məqsədyönlü enerji siyasəti Azərbaycanın tranzit imkanlarını genişləndirmişdir. Bu siyasətin əsas məqsədi enerji marşrutlarının şaxələndirilməsi, ixrac bazarlarının artırılması və təhlükəsiz infrastrukturun qurulması olmuşdur.
Cənab Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixində Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışında vurğulamışdır ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır. Qeyd olunmuşdur ki, biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik.
Tədbirdə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, o cümlədən 49 enerji şirkətin, həmçinin nazirlərlərin, nazir müavinlərinin və digər yüksək səviyyəli nümayəndələrin iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin iclasdakı çıxışı beynəlxalq aləmdə böyük maraqla qarşılandı. Dövlətimizin başçısı birlikdə toplaşmağın və məhz enerji təhlükəsizliyinə dair mühüm məsələlərin müzakirə yolu ilə həll etməyin vacibliyindən söhbət açdı. Məşvərət Şurasının illik iclasında enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində birgə əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcəkdə birgə əməkdaşlıq etmək nəzərdən keçirildi. Onu da qeyd edək ki, bu təşəbbüs 12 il əvvəl ölkəmiz tərəfindən irəli sürülmüş və bu müddət ərzində enerji təhlükəsizliyinə dair mühüm məsələləri birlikdə müzakirə yolu ilə həll etməyin zəruriliyi özünü açıq şəkildə büruzə verib. Bu müddət ərzində müəyyən problemlərin və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması reallığa çevrilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

