Şərur rayonunda “Xalqın xilaskarı” adlı tədbir keçirilib
10.06.2026 [13:09]
10 iyun 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı tərəfindən Püsyan kənd icra nümayəndəliyində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Xalqın xilaskarı” adlı tədbir keçirilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev bildirmişdir ki, Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlət müstəqilliyimizin qorunmasının, milli birliyin təmin edilməsinin və ölkəmizin gələcək inkişafının əsasını qoyan taleyüklü bir tarixdir. Həmin gün Azərbaycan dövlətçiliyinin xilas edildiyi, xalqın gələcəyinə ümidlə baxmağa başladığı və sonrakı böyük qələbələrə aparan yolun təməlinin atıldığı gün kimi tarixə həkk olunmuşdur.
Yenidən müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə qalmışdı. Ölkədə hakimiyyət böhranı hökm sürür, iqtisadiyyat tənəzzülə uğrayır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, daxildə isə separatçılıq və qarşıdurmalar güclənirdi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi getdikcə daha real xarakter alırdı. Belə mürəkkəb və həlledici bir zamanda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı.
Əmir Babayev çıxışında həmçinin qeyd etmişdir ki,1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Bu hadisə Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin bərpası və inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsinə çevrildi. Məhz buna görə də həmin tarix sonralar Milli Qurtuluş Günü elan edildi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Hüquqi və demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Cəmiyyət daxilində birlik və həmrəylik möhkəmləndirildi. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu təhlükə altına alan amillər aradan qaldırıldı və ölkə inkişaf yoluna qədəm qoydu.Tarix göstərdi ki, 15 İyun yalnız bir qurtuluş günü deyil, həm də gələcək zəfərlərin başlanğıcı idi. Milli Qurtuluşdan sonra yaradılan siyasi sabitlik, iqtisadi güc və hərbi potensial sonrakı illərdə ölkəmizin ən böyük məqsədinə – ərazi bütövlüyünün bərpasına xidmət etdi.işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması, Azərbaycan Bayrağının Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanması Milli Qurtuluş ideyalarının təntənəsidir. Vaxtilə dağılmaq təhlükəsi ilə üzləşən Azərbaycan bu gün güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq nüfuza malik müstəqil dövlətdir.Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür. Məhz buna görə də 15 İyun Azərbaycan tarixində tarixi qələbəyə aparan yolun başlanğıcı, müstəqilliyimizin xilası və dövlətçiliyimizin yenidən yüksəlişi kimi böyük ehtiramla qeyd olunur.
Sonra tədbirdə məruzə ətrafında Püsyan kənd ərazi partiya təşkilatının sədri Tacir Rəcəbov, Püsyan kənd tam orta məktəbinin müəllimi Türkan Şahhüseynova çıxış etmişlər.
Tədbirdə YAP- sıralarına daxil olan bir neçə yeni üzvlərə vəsiqəqlər təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53

