/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Yevlaxda silsilə tədbirlərlə qeyd edilir
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Yevlaxda silsilə tədbirlərlə qeyd edilir
07.05.2014 [09:57]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Yevlaxda silsilə tədbirlərlə qeyd edilir. Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və “Kür” qəzetinin təşkilatçılığı ilə bu münasibətlə keçirilən şahmat üzrə məktəblilərin rayon birinciliyi başa çatıb. İsveçrə sistemi ilə keçirilən turnirdə iki yaş qrupu üzrə 110-dan artıq məktəbli mübarizə aparıb.
Turnirin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edən YAP rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən, gənclərə, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Turnirin qalibləri YAP Yevlax rayon təşkilatının Fəxri fərmanı və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon məktəbliləri arasında “Tarix və xalq Heydər Əliyevi hər zaman yaşadacaq” mövzusunda keçirilən inşa müsabiqəsinə də yekun vurulub.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Yevlax şəhər Təhsil şöbəsinin müdiri Raquf Mirzəyev Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Sonra qaliblər mükafatlandırılıblar.
Tədbirlər planı çərçivəsində, həmçinin, YAP Yevlax rayon təşkilatında “Heydər Əliyev və çağdaş Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev “Heydər Əliyev və çağdaş Azərbaycan” mövzusunda geniş məruzə ilə çıxış edib. Sonra YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova, rayon təşkilatının sədr müavini Zərifə Məmmədova, Prezident təqaüdçüsü Şamama Əliyeva, Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev məruzə ətrafında çıxış ediblər.
Sonda çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının I müavini Qənimət Qaraşov deyib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52

