Seçicilər YAP-ın namizədlərinə etimad göstərəcəklər
03.12.2014 [09:43]
Bu inam YAP-ın Nərimanov rayon təşkilatında keçirilən tədbirdə bir daha ifadə olunub
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahı üzvlərinin görüşü keçirilib. Tədbirdə rayon təşkilatının fəalları iştirak ediblər.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Nərimanov bələdiyyəsinə YAP tərəfindən 19 namizəd irəli sürülüb. Onun sözlərinə görə, təşkilatın Seçki Qərargahı tərəfindən bu günə qədər bütün seçki prosedurları uğurla həyata keçirilib. Belə ki, namizədlərin imzatoplama kampaniyası yüksək səviyyədə həyata keçirilib, onların sənədləri DSK-lara təqdim olunub və YAP-ın namizədlərinin hamısı DSK-larda qeydiyyatdan keçib. Hazırda isə namizədlərin təbliğat-təşviqat kampaniyası həyata keçirilir.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı bildirib ki, bələdiyyə seçkiləri çox vacib siyasi hadisədir. Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötdüyünü deyən A.Naxçıvanlının sözlərinə görə, bu illər ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb. A.Naxçıvanlı bildirib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. O, növbəti seçkilərdə də qələbə əldə olunacağına əminliyini ifadə edib.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova qeyd edib ki, seçki prosesində qadınlar da hər zaman öz fəallığı ilə fərqlənirlər. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınların bu təsisatda təmsilçiliyinin cəmi 4 faiz olduğunu xatırladan YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri hazırda bu göstəricinin 27 faizə qədər yüksəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu qadınların böyük əksəriyyəti YAP üzvləridir. M.İbrahimova qarşıdan gələn seçkilərdə də qadınları fəal olmağa çağırıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı isə deyib ki, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün yüksək intellektli gənc nəsil formalaşıb. Gənclərin bələdiyyə seçkilərində fəal iştirak etdiyini deyən Yusif Babanlı hazırda yerli özünüidarə orqanlarında gənclərin təmsilçiliyinin 30 faizə yaxın olduğunu diqqətə çatdırıb. Y.Babanlı qarşıdan gələn bələdiyyə seçkilərində də seçicilərin YAP-ın namizədlərinə, o cümlədən gənclərə etimad göstərəcəyinə əminliyini ifadə edib.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının fəalı, rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov bildirib ki, Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir. Çıxış edənlər seçkilərdə YAP-ın namizədlərinə uğurlar arzulayıb, həmçinin, təbliğat kampaniyasının yüksək səviyyədə keçirilməsi yönündə fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56

