YAP Ağdam rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
04.12.2014 [10:56]
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan YAP növbəti bələdiyyə seçkilərini də qələbə ilə başa vurmaq əzmindədir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında bələdiyyə seçkilərində partiya tərəfindən Ağdam rayonu bələdiyyələrinə irəli sürülmüş namizədlərlə görüş keçirilib. Görüşdə partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Sadıqov, Elman Məmmədov, həmçinin, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Görüşü giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq bildirib ki, Ağdam rayonu üzrə 119 saylı Ağdam kənd Seçki Dairəsinin 39 seçki məntəqəsində 32952 nəfər seçici qeydiyyatdadır: “Eyni zamanda, rayon təşkilatı tərəfindən Ağdam rayonunda 14 bələdiyyə üzrə 132 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. İrəli sürülən namizədlərin 53 nəfəri gənclər, 50 nəfəri isə qadınlardır”.
Sonra çıxış edən millət vəkili Elman Məmmədov öncə YAP-ın fəaliyyət göstərdiyi 22 illik dövrdə gördüyü işlərə diqqət çəkib. Millət vəkili bildirib ki, YAP Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılıb. Millət vəkili onu da deyib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar.
Çıxışında Azərbaycanda əldə edilən nailiyyətlərdən, sürətli inkişaf yolundan, habelə regionların dinamik şəkildə dəyişən və gözəlləşən simasından bəhs edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da qeyd edib ki, YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə dinamik inkişafa nail olunub. Millət vəkili, həmçinin, YAP-ın namizədlərinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandığını da bildirib.
Sonda çıxış edən millət vəkili Tahir Rzayev bələdiyyə üzvlüyünə namizədlərə bələdiyyə üzvlərinin hüquq və vəzifələri, həmçinin, bələdiyyə qanunları barədə ətraflı məlumat verib. O da qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də qələbə qazanmaq əzmindədir.
NADİR
Xəbər lenti
Hamısına baxElm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14

