Milli Qurtuluş Günü Azərbaycan tarixində önəmli yer tutur
13.06.2009 [08:29]
YAP Nərimanov rayon təşkilatı və Nərimanov rayon İcra Hakimiyyəti dünən 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bu bayramın əhəmiyyətindən ətraflı bəhs edib. O, qeyd edib ki, Azərbaycanda 1990-cı illərin əvvəlində gərgin vəziyyət hökm sürürdü. “Hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü milli maraqlara hesablanmış siyasət yürütmədiyindən ölkədə siyasi, sosial-iqtisadi böhran yaranmışdı. Digər tərəfdən, Azərbaycanın bir müstəqil siyasi subyekt kimi qalmasını istəməyən xarici qüvvələr daxildə özlərinə “tərəfdaşlar” da tapmışdılar. Bu kimi faktların ortaya çıxması isə Azərbaycanın müstəqilliyini sual altına qoyurdu”.
Təşkilat sədrinin sözlərinə görə, ölkəmizin məhv olmaq təhlükəsi ilə üzləşdiyini görən xalq ümummilli lider Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi: “Əslində, AXC-Müsavat hakimiyyətinə qarşı etirazlar və Ulu öndər Heydər Əliyevə hakimiyyətə gəlmək üçün müraciətlərin edilməsi prosesi 1992-ci ildən başlamışdı. 1993-cü ilin 4 iyun hadisəsi isə artıq xalqın səbir kasasını doldurdu. İnsanlar davamlı mitinqlər keçirərək, müraciətlər edərək Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. ümummilli lider Heydər Əliyev xalqı və dövlətimizi düşdüyü bəlalardan qurtarmaq üçün 1993-cü ilin 15 iyununda Naxçıvandan Bakıya gəldi”.
YAP fəalı Mircəfər Həsənov çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə qardaş qırğınının qarşısı alındı, mövcud problemlərin aradan qaldırılması istiqamətində vacib addımlar atılmağa başlanıldı.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxışında qeyd edib ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə daşıyır. Onun sözlərinə görə, gənclər dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir və YAP sıralarına qoşulurlar.
Təşkilatın Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova isə bildirib ki, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın Ulu öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. çünki ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin qarşısını yalnız Heydər Əliyev ala bilərdi.
Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov çıxışında vurğulayıb ki, o zaman vəziyyəti düzgün qiymətləndirən xalq Ulu öndər Heydər Əliyevin Bakıya - ölkə rəhbərliyinə gəlməsini arzulayırdı: “Bu məqsədlə Naxçıvana, ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Ulu öndər Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi”.
Toplantıda, həmçinin, partiya fəallarından Xədicə Əliyeva və Nurulla Məmmədov çıxış edərək vurğulayıblar ki, Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Eyni zamanda, Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını milli qurtuluşdan götürdü.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

