Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Laçınlılar imzatoplama kampaniyasında aktiv iştirak edirlər

Laçınlılar imzatoplama kampaniyasında aktiv iştirak edirlər

20.02.2018 [10:09]

Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib. Kampaniyanın başlanması ilə əlaqədar YAP Laçın rayon təşkilatının seçki qərərgahında iclas keçirilib. İclasda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, seçki qərargahı növbəti mərhələyə start verib. Bu günə qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini söyləyən İlqar İlyasov deyib ki, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına cəlb olunmuş partiya fəalları bu mərhələni də uğurla başa vuracaqlar.
YAP Laçın rayon təşkilatının seçki qərargahından verilən məlumata görə, laçınlılar imzatoplama kampaniyasında fəal iştirak edirlər.

Paylaş:
Baxılıb: 711 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31