Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının Şura iclası keçirilib
03.08.2018 [09:07]
Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatında 2018-ci ilin birinci yarımilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrlə bağlı Şura iclası keçirilib. İclasda rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov hesabat məruzəsi ilə çıxış edib.
A.Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatı fəaliyyətini ilin əvvəlində təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin yüksəldilməsi üçün məqsədyönlü tədbirlər görülüb.
Arif Qasımov deyib ki, partiya üzvlərinin qarşısında duran əsas vəzifələr qazanılan uğurları xalqa çatdırmaq, əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.
Qeyd olunub ki, bu il prezident seçkilərində xalqımız bir daha tarixi seçim edərək sabitliyə, inkişafa, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə səs verdi, cənab İlham Əliyevə sarsılmaz etimad göstərdiyini bir daha nümayiş etdirdi. Ölkəmizdə yüksək səviyyədə baş tutan bu siyasi kampaniyada təşkilat üzvləri də fəallıq nümayiş etdiriblər.
Vurğulanıb ki, rayon təşkilatının İdarə Heyətinin 6, Şurasının 2 iclası keçirilib. Ötən dövr ərzində xüsusilə gənclərin Yeni Azərbaycan Partiyasına qəbul edilməsinə böyük önəm verilib. Hesabat dövründə rayon partiya təşkilatının sıralarına 24 nəfər üzv qəbul edilib. Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının əhatə etdiyi 21 ilk partiya təşkilatının qeydiyyatında 1516 nəfər üzv vardır. Partiya üzvlərinin 302 nəfəri qadınlar, 393 nəfəri isə gənclərdir.
Məruzə ətrafında partiya fəallarının çıxışları olub. İclasda YAP Sədərək rayon təşkilatının Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, təşkilatın Gənclər Birliyinin sədri Polad Rzazadə, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov çıxış ediblər.
Sonda Şura iclasının qərarı oxunub.
Xəbər lenti
Hamısına baxSosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58

