/ / YAP Mingəçevir şəhər təşkilatında 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib
YAP Mingəçevir şəhər təşkilatında 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib
06.02.2019 [09:42]
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş yığıncaq keçirilib. YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov gündəlikdə duran məsələ haqqında məlumat verərək, ötən il ərzində şəhər təşkilatının fəaliyyəti haqda geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, şəhər təşkilatı fəaliyyətini əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Azərbaycan Respublikasının qanunvericiliyinə, partiyanın Nizamnamə və Proqramına, YAP Mərkəzi Qərargahının tapşırıq və tövsiyələrinə əsasən icra edərək, ölkə başçısı İlham Əliyevin daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş təbliği istiqamətində davam etdirib.
Hesabat dövründə YAP Mingəçevir şəhər təşkilatı partiya üzvlərinin fəal iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və digər əlamətdar tarixi günlərlə bağlı bir sıra tədbirlər keçirib. Eyni zamanda, ərazi ilk partiya təşkilatları ilə mütəmadi əlaqələr qurularaq, ideoloji işlər görülüb. Ötən il ərzində şəhər təşkilatının sıralarına 228 nəfər qoşulub ki, bunlardan 117 nəfəri gənc, 122 nəfəri isə qadındır.
Sonra YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev, Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, Şəhid Ailələri Cəmiyyətinin sədri İranə Həsənova çıxış edərək, gündəlikdə duran məsələ ilə bağlı fikirlərini, təkliflərini bildiriblər.
Yığıncaqda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov YAP Mingəçevir şəhər təşkilatının ötən il ərzində uğurla fəaliyyət göstərdiyini qeyd edib. İ.İsmayılov ötən ilin 11 aprel tarixində keçirilən prezident seçkilərini xüsusi vurğulayaraq dövlət başçısı cənab İlham Əliyevin bir daha seçkilərdə parlaq qələbəsindən danışaraq, partiya üzvlərinin bu siyasi prosesdəki fəal iştirakından da bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bəzi xarici havadarlarına sığınan qüvvələr Azərbaycan əleyhinə çirkin kampaniyalar aparmaqla bu inkişafa mane olmağa cəhd edirlər. Lakin Azərbaycanın uğurlarının əsas zəmanəti xalqla iqtidarın birliyi və dövlətimizin uğurlu siyasətidir.
Sonda müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

