“Gənclər və ailə: ənənə və müasir baxış”
08.02.2019 [09:54]
YAP Gənclər Birliyinin təşəbbüsü ilə bu mövzuda tədbir keçirilib
Fevralın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib. Tədbirin moderatoru Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov müasir dövrdə gənclərin ailə məsələlərinə baxışlarının aktual olduğunu bildirib. Onun sözlərinə görə, hər bir xalqın inkişaf etməsi üçün sağlam gəncliyin olması mühüm şərtdir: “Gənc nəslin tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə, böyüyüb boya-başa çatdığı ailəsi ilə sıx bağlıdır. Ailə insani dəyərlərin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas elementidir. Ölkənin inkişafı haqqında fikir söyləmək üçün cəmiyyətdə ailənin vəziyyətinə və dövlətin ailəyə münasibətinə nəzər salmaq lazımdır. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır”.
Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, ailə cəmiyyətin əsasını təşkil edir. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Onun sözlərinə görə, cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. “Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Amma mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq qalır”, - deyə komitə sədri vurğulayıb.
Komitə sədri tövsiyə edib ki, gənclər milli dəyərlərə hər zaman əməl etməlidirlər.
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən respublika toplantısında Prezident İlham Əliyevin gənclərimizə dəyərli tövsiyələr verdiyini deyən komitə sədri gəncləri bu tövsiyələrə əməl etməyə çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında bildirib ki, qloballaşma dövründə dünya ölkələrində ailə institutu deformasiyaya uğramaqdadır. Onun sözlərinə görə, bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar: “Dövlət rəhbərliyi səviyyəsində bu məsələ xüsusi diqqət mərkəzindədir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır”.
A.Sofiyeva onu da deyib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. O, ailə dəyərlərinin qorunması işində gənclərin də üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Tədbirdə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, İslam dini ailə dəyərlərinin qorunmasına böyük önəm verir. Onun sözlərinə görə, bu gün xarici təsirlər nəticəsində gəncləri milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışırlar. Belə cəhdlər heç bir nəticə verə bilməz. Çünki gənclərimiz milli mənəvi dəyərlərimizə sadiqdirlər. “İbadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır”, - deyə G.İsmayılov vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, ailə milli dəyərlərimizin mühüm tərkib hissəsidir. Ailənin kiçik dövlət kimi səciyyələndirildiyini deyən S.Orucovun sözlərinə görə, gənclərimiz ailə dəyərlərinə sadiq olmalıdırlar: “Bu tədbirin keçirilməsində məqsəd də gənclərimizin müasir ailə, ailə dəyərləri haqqında məlumatlar almasıdır. Çünki hər bir dövlətin, cəmiyyətin güclü olması üçün ailə dəyərləri vacibdir. Ailə dəyərləri müqəddəsdir. Ona görə də gənclərimiz bu dəyərlərə sadiq olmalı və onu qorumalıdırlar”.
Tədbirdə çıxış edən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov ailə mədəniyyəti ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli mədəniyyətin inkişafına daim xüsusi diqqət yetirirlər: “Ölkəmizdə ailə, gənclər və uşaqların mədəniyyət səviyyəsi yüksəlir. Eləcə də mədəni irsin qorunub saxlanması, informasiya mədəniyyəti və beynəlxalq mədəniyyətin, insan kapitalının inkişafı üçün, cəmiyyətdə elmi biliklərin yayılması, multikulturalizm siyasətinin təsdiqlənməsi, etibarlı gələcəyin formalaşdırılması üçün çox işlər görülür”.
F.Məmmədov deyib ki, bu proseslərdə gənclər fəal iştirak edirlər. Gənclərimizin elm, bilik, mədəni səviyyəsi də yüksəlir. Bütün bunların başlanğıcı ailədən götürülür. Ona görə də gənclərimiz hər zaman ailə mədəniyyətini və dəyərlərini öndə tutmalıdırlar.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

