Cəlilabad seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər
04.12.2009 [09:32]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri bələdiyyə seçkiləri ilə bağlı rayonun Qaracəncir, Alar və Günəşli kəndlərində seçicilərlə görüşüb. YAP Cəlilabad rayon təşkilatının sədr müavini Hafiz Cavadov bildirib ki, rayon üzrə 35 bələdiyyəyə 343 nəfərin namizədliyi irəli sürülüb. Builki seçkilərdə əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə qadınların, gənclərin və ali təhsilli şəxslərin sayı 2 dəfədən çox artıb. Belə ki, 343 namizədin 164 nəfərini gənclər təşkil edir.
YAP Cəlilabad rayon təşkilatının sədr müavini qeyd edib ki, yerli özünüidaretmə orqanları olan bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan strukturdur və bu quruma keçirilən seçkilərə hazırlıq partiya üzvləri qarşısında ciddi vəzifələr qoyur: “özünüidarəetmə orqanları bir struktur kimi Azərbaycanda 1999-cu ildə yaradılıb və tarix baxımından bu qurumları gənc də hesab etmək olar. Ona görə də, bəzi hallarda təcrübəsizlik öz sözünü deyib və müxtəlif qüsurlar ortaya çıxıb. Amma son illər ərzində qanunvericilikdə edilən dəyişikliklər və əldə olunmuş təcrübə onu deməyə əsas verir ki, artıq növbəti illərdə bələdiyyələrin daha effektiv fəaliyyətinin şahidi olacağıq”.
Hafiz Cavadov onu da bildirib ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirmək üçün səylərini gücləndirməlidir. Onun fikrincə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq. H.Cavadov Cəlilabad seçicilərinin dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçiriləcək seçkilərdə layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bələdiyyə seçkiləri ilə bağlı partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. YAP-ın ümumxalq partiyası olduğunu deyən səlahiyyətli nümayəndə dekabrın 23-də xalqın gücü ilə partiyanın namizədlərinin qələbəni təmin edə biləcəklərinə əmin olduğunu söyləyib: “Hər zaman xalqın dəstəyinə güvənən partiyamız dekabrın 23-də növbəti dəfə bu inamı təsdiq edəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkəmizin inkişafını sürətləndirib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. Azərbaycanın ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır”.
Mirkazım Kazımov qeyd edib ki, YAP Azərbaycanın və regionun ən mütəşəkkil güclü siyasi təşkilatı kimi qarşısına qoyduğu bütün hədəflərə asanlıqla nail olmağa qadirdir: “Bu gün əhalinin sosial məsələlərinin həll edilməsi, onların ən yüksək infrastruktur xidmətləri ilə əhatə olunması partiyaya olan rəğbəti və inamı daha da artırmış olur”.
Builki seçkilərdə qadınların və gənclərin aktivliyinə toxunan M.Kazımov yerli özünüidarəetmə orqanlarında onların təmsilçiliyinin artmasının, ümumilikdə, cəmiyyətin tərəqqisinə, bölgələrdə mühüm sosial-humanitar məsələlərin həllinə köməklik göstərəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Cəlilabad sakinlərinin dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirdiyini qeyd edən M.Kazımov bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söyləyib.
Tədbirdə çıxış edən seçicilər əvvəlki seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyasının qələbəsinə əmin olduqlarını vurğulayıblar. Onlar bildiriblər ki, Cəlilabad sakinləri Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən davamlı islahatları həmişə dəstəkləyərək, bu proseslərdə fəal iştirak ediblər. İctimai-siyasi proseslərdə aktivlik nümayiş etdirən cəlilabadlılar dekabrın 23-də bu fəallığı göstərməklə YAP-a olan rəğbətlərini təsdiqləmiş olacaqlar.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25

