/ / Allahverdi Haxverdiyev: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının simvollarından biridir
Allahverdi Haxverdiyev: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının simvollarından biridir
24.06.2021 [09:16]
“İyunun 15-də Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsidir. Bu Bəyannamə, eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan ölkələrimizin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Yəni Azərbaycan və Türkiyə səylərini Bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə Cənubi Qafqazı sülh və təhlükəsizlik məkanına çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur”. Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.
Onun sözlərinə görə, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapması Azərbaycan və Türkiyənin bundan sonra da bir-birinin yanında olacağını göstərir. Eləcə də Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi də əks olunub ki, burada da iki qardaş ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı nəzərdə tutulur: “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının simvollarından biridir. Sənəddə Zəngəzur dəhlizi məsələsinə xüsusi yer ayrılıb. Bu da İkinci Qarabağ savaşından sonra regionda yaranan yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir. Bu gün Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, hətta əməli, praktiki işlərlə bu dəhliz yaradılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Beləliklə, daha bir kommunikasiya xətti Türk dünyası coğrafiyasında, eləcə də Asiya ilə Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

