/ / Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
24.06.2021 [09:30]
İyunun 23-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən bildiriblər ki, konfransda Təşkilatın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov Şuşa Bəyannaməsi, onun tarixi-siyasi əhəmiyyəti ilə bağlı çıxış edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında Şuşa Bəyannaməsini müxtəlif aspektlərdən şərh edib, onun iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova “Şuşa Zirvəsinin tarixi zəmini və əhəmiyyəti” mövzusunda məruzə edib, Şuşa Bəyannaməsinin tarixi önəminə diqqət çəkib.
Akademik Ziyad Səmədzadə “Türkiyə və Azərbaycan iqtisadi əməkdaşlığı müasir vəziyyət və çağırışlar” mövzusunda çıxışında Azərbaycanın və Türkiyənin daim bir-birinin marağını qətiyyətlə müdafiə etdiyini bildirib, bununla bağlı konkret nümunələr göstərib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi uğura imza atdığını qeyd edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açdığını bildirib, bu əməkdaşlığın türk dünyasının birliyi və tərəqqisi baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.
Konfrans iştirakçıları 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində böyük zəfər qazanan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunması təklifini irəli sürüb, bununla bağlı yekdil mövqe ifadə ediblər.
Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı tədbirdə mahnılar oxuyub.
Konfransın sonunda dövlətimizin başçısına müraciət ünvanlanıb.
Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə ünvanlanan müraciətin mətnini oxuyub.
Müraciətdə Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin hazırda ölkələrimizin həyatının bütün sahələrini əhatə etməklə ardıcıl və dinamik inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri hazırda bu münasibətlərin əsasını təşkil edən möhkəm təməl prinsiplərinə çevrilib.
Azərbaycan-Türkiyə münasibətlərinin son vaxtlar inkişafının yeni mərhələsinə - müttəfiqlik səviyyəsinə ucalmasının xüsusi vurğulandığı müraciətdə bildirilib ki, 44 günlük müqəddəs Vətən müharibəsi bunun əyani və birmənalı təsdiqi olub. İyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsinin ölkələrimiz arasında qardaşlıq missiyasının zirvəsi olduğu qeyd edilib.
Xüsusi vurğulanıb ki, Bəyannamədə nəzərdə tutulan genişmiqyaslı tədbirlər hər iki qardaş ölkə ilə yanaşı, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, uzunmüddətli sülhün təmin edilməsinə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, sosial inkişafa mühüm töhfə verəcək. Bəyannamə, eyni zamanda, 44 günlük Vətən müharibəsində azad edilərək tarixi sahiblərinə qaytarılmış Qarabağın təqdimatı, onun tacı olan Şuşanın və digər rayonların həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin siyasi qarantıdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Bəyannamə həm də bu tarixi şəhərin Azərbaycana məxsusluğunu bir daha dünyaya nümayiş etdirdi.
Müraciətdə əzəli torpaqlarımızı erməni faşistlərinin işğalından azad edərək doğma Azərbaycanımıza, onun xalqına, o cümlədən veteranlara yaşatdığı Böyük Zəfər qüruruna, bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə görə konfrans iştirakçıları, o cümlədən veteranlar adından Prezident, Müzəffər Ali Baş Komandana dərin minnətdarlıq və qəti dəstək ifadə olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25

