YAP Ağstafa rayon təşkilatının IX hesabat konfransı keçirilib
11.08.2021 [09:18]
Avqustun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Ağstafa rayon təşkilatının sədr əvəzi Lalə Eyyubovanın hesabat məruzəsi dinlənilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi partiya mövcud deyildir. Rayon təşkilatının fəaliyyətinin əsas qayəsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliği təşkil edir. Bu məqsədlə rayon təşkilatında müntəzəm olaraq müxtəlifməzmunlu tədbirlər, konfranslar, görüşlər, idman, bilik yarışları və digər tədbirlər keçirilib.
L.Eyyubova qeyd edib ki, hazırda rayon təşkilatı 68 ərazi ilk partiya təşkilatında 6480 partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3585 nəfəri qadınlar, 2142 nəfəri isə gənclərdir. Hesabat dövründə 1008 nəfər partiya sıralarına qəbul edilib ki, onlardan 702 nəfərini qadınlar, 471 nəfərini isə gənclər təşkil edir.
Sonra YAP Ağstafa rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Sahib Salıfov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı Ağstafa Rayon İcra Hakiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, YAP Ağstafa rayon təşkilatının şura üzvü Qalib Cəfərov, rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülgün Kərimov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özlərinin birinci dərəcəli vəzifələri hesab edirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.
Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı bəhs edib, YAP Ağstafa rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Ağstafa rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24

