YAP Masallı rayon təşkilatının X hesabat konfransı keçirilib
18.08.2021 [14:26]
Avqustun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin hesabat məruzəsi dinlənilib. S.Əliyev bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir.
S.Əliyev qeyd edib ki, hazırda rayon təşkilatının 11363 nəfər üzvü var. Onların 3543 (31,2 faiz) nəfərini qadınlar, 3416 (30 faiz) nəfərini isə gənclər təşkil edir.
Sonra YAP Masallı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Baba Həsənov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, rayon təşkilatının Şura üzvləri - Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədri Vidadi Nəzərov, Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz Proqramında nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib. Bu baxımdan, VII Qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.
Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Masallı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Masallı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

