YAP İsmayıllı rayon təşkilatının X hesabat konfransı keçirilib
21.08.2021 [11:40]
Avqustun 20-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiqləndikdən sonra Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır. Ulu Öndərin siyasi kursunun son 18 ildə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir, möhtəşəm uğurlara imza atır, adını qalib ölkə kimi tarixə yazır. Ölkəmizin müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyasının bütün bu proseslərdə özünəməxsus rolu vardır.
S.Əhmədova daha sonra qeyd edib ki, hazırda YAP İsmayıllı rayon təşkilatı 86 ərazi ilk partiya təşkilatında 8027 üzvü birləşdirir. Onların 3200 nəfəri qadınlar, 3717 nəfəri isə gənclərdir. Multikultural dəyərlərin nümunəvi məkanı olan İsmayıllı rayonunda bütün millətlərin, etnik qrupların, milli azlıqların nümayəndələri rayon təşkilatında təmsil olunurlar.
Sonra Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Rahim Baxışovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov, YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, rayon təşkilatı İdarə Heyətinin üzvləri - Basqal qəsəbə ərazi ilk partiya təşkilatının sədri Novruz Əsədov və İvanovka kənd ərazi ilk partiya təşkilatının sədri Olqa Radayeva çıxış edərək hesabat dövründə görülən işlərdən danışıblar.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 30-cu ildönümünə az vaxt qalıb: “Tarixi Qələbəmiz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Çünki müstəqil Azərbaycan 1993-cü ildən elə bir uğurlu yola çıxıb ki, hər günü tarixinə uğur səhifəsi kimi yazır. Dünya hər bir ölkənin inkişafında, tərəqqisində mühüm rol oynayan xalq-iqtidar birliyinin sarsılmazlığını Azərbaycanın timsalında görür. Prezidentinə inam və etimadın böyük olduğu ölkədə davamlı uğurlar qaçılmaz olur”.
X hesabat konfransının keçirilməsi münasibətilə YAP İsmayıllı rayon təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19

