YAP Yevlax şəhər təşkilatının X hesabat konfransı keçirilib
02.09.2021 [08:58]
Sentyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Yevlax şəhər təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub. Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Partiyanın şəhər təşkilatının sədri qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə partiyamız daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirib və partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib.
İ.Məmmədov deyib ki, hesabat dövründə partiya sıralarına 675 nəfər yeni üzv qəbul olunub. Hazırda YAP Yevlax şəhər təşkilatının 64 ərazi ilk partiya təşkilatının sıralarında 8777 nəfər partiya üzvü var. Onlardan 4718 nəfəri qadınlardır. Bildirilib ki, hesabat dövründə partiya sıralarına qəbul olunanların 90 faizini isə gənclər təşkil edir.
Sonra Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Səməd Hüseynovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, “Mədəniyyət” məhəlli ərazi ilk partiya təşkilatının sədri, şəhərin Heydər Əliyev adına sarayının direktoru Seymur Novruzov, YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri, rayonun “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova, şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin məsləhətçisi Fərid Vaqifli çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib. Qurultayda edilən çıxışlarda belə bir əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, qarşıda duran problemləri daha fəal icra edəcəkdir. Qarşıya qoyulan vəzifələrin icrasında bütün partiya üzvlərinin qüvvə və bacarıqlarının səfərbər edilməsinin vacibliyini xüsusi vurğulayan Ə.Tağıyev qeyd edib ki, Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurlara Prezident İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində nail olunub.
YAP üzvlərinin hər zaman dövlətin inkişafı üçün bütün güclərini səfərbər etdiklərini və bu inkişaf prosesində fəal iştirak etdiklərini vurğulayan Ə.Tağıyev YAP Yevlax şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Yevlax şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48

