/ / YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
19.11.2021 [17:57]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cuildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin komissiya sədri, YAPİdarə Heyətinin üzvü Eldar İbrahimov, Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, millət vəkilləri Kamaləddin Qafarov, Səbinə Xasayeva, Madər Musayev, Azay Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, şəhid ailələri və qazilər, partiyanın rayon təşkilatının fəalları və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi 1dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə giriş nitqi ilə çıxış edən YAPBinəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovbütün siyasi həmfikirlərini partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyası bu gün xalqın etimadını qazanan siyasi təşkilatdır: “Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edib, ölkəmizin siyasi həyatında milli maraqların təbliğində müstəsna rol oynayıb, Ümummilli Lider Heydər Əliyev ideyalarının daşıyıcısına çevrilib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir”.
Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında partiyanın yaranma tarixindən, o illərdə xalqımızın üzləşdiyi çox çətin və ağır günlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət adlandıranEldar İbrahimovun sözlərinə görə, ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynayıb: “Ulu Öndərin ideyalarından güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi”.
Millət vəkili Kamaləddin Qafarov çıxışında bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxırdı və ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəsləyirdi: “Tarix sübut etdi ki, xalq yanılmayıb və 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini nəzaərə alaraq Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı ilə yaradılanpartiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi”.Millət vəkilinin bildirdiyinə görə partiya fəaliyyəti dövründə daim milli dəyərləri əldə rəhbər tutub, dövlətimizin və xalqımızın inkişafında misilsiz xidmətlər göstərib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən müharibəsinin qazisi Ruslan Şıxıyev də partiyanın cəmiyyətimizin inkişafındakı rolundan danışıblar. Natiqlər 44 günlük Vətən müharibəsində qazanılan qələbədə dövlət-xalq-ordu həmrəyliyinin müstəsna əhəmiyyətindən bəhs ediblər,dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yeni zəfər salnaməsinə imza atdığını qürurla və iftixarla söyləyiblər.
Tədbirdə yekun nitq söyləyən Binəqəsi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd edibki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir: “Öz əməlindəÜmummilli Liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ölkənin ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir”.
Daha sonra tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib.
Tədbir bədii hissə ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

